Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 02:32

AŞPA-nın həmməruzəçiləri İntiqam Əliyevin həbsini pisləyiblər


Pedro Agramunt
Pedro Agramunt

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Tadeus İvinski hüquq müdafiəçisi İntiqam Əliyevin barəsində çıxarılan hökmdən dərin narahatlıq bildiriblər.

“Avropa Şurasının çoxdankı tərəfdaşı olan İntiqam Əliyev Avropa İnsan Hüquqları Məhkəməsində baxılan bir çox işlər üzrə hüquqi müşavir kimi çıxış edib.Məhkəməyə qədərki saxlanma, həbs və İntiqam Əliyevin mühakimə olunması onun Azərbaycanda hüquq-müdafiə sahəsində fəaliyyəti ilə bağlıdır və bu işin qarşısını almaq cəhdlərinin bir hissəsidir”.

Turanın məlumatına görə, həmməruzəçilərin yaydıqları bəyanatda belə deyilir.

İntiqam Əliyev aprelin 22-də 7 il yarım azadlıqdan məhrum edilib.

O, iqtisadi cinayətlər törətməkdə ittiham olunur.

İntiqam Əliyev ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

XS
SM
MD
LG