Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:36

Nazir: «Neftin qiyməti düşsə də, Azərbaycan iqtisadiyyatı 5 faiz artıb»


Şahin Mustafayev
Şahin Mustafayev

-

Asiya İnkişaf Bankı Azərbaycanla əməkdaşlığa başladığı zamandan 12 layihənin həyata keçirilməsinə 1.6 milyard dollar ayırıb.

Trend-in məlumatına görə, bunu mayın 2-də Bakıda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının açılışında Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bundan əlavə bank 7 layihənin reallaşdırılması üçün 10 milyon dollar qrantlar ayırıb. Özəl sektorun inkişafına ayrılan kreditlərin həcmi isə 163 milyon dollar təşkil edib.

Ş.Mustafayev son 10 ildə Azərbaycanın iqtisadi göstəricilərini açıqlayıb: «ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2.6 dəfə, sənaye 3.6 dəfə, kənd təsərrüfatı 1.4 dəfə, dövlət büdcəsinin gəlirləri 12 dəfə artıb... 10 ildə əhalinin gəlirləri 6 dəfə, orta aylıq əməkhaqqı 4.5 dəfə artıb, işsizlik səviyyəsi cəmi 4.9% təşkil edib. 2001-ci ildə əhalinin hər 2 nəfərindən biri yoxsulluq həddində yaşayırdısa, ötən müddət ərzində yoxsulluq meyarının 5 dəfədən çox artmasına baxmayaraq, hazırda hər 20 nəfərdən bir vətəndaş yoxsul hesab olunur».

Ş.Mustafayevin dediyinə görə, Azərbaycanda qeyr-neft iqtisadiyyatı son 10 ildə 2.5 dəfə artıb, ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37%-dən 68%-ə çatıb:

«Enerji bazarındakı qeyri-sabitliyə, son 1 ildə neftin qiymətinin təxminən 2 dəfə enməsinə baxmayaraq, bu ilin birinci rübündə iqtisadiyyat 5.3%, o cümlədən qeyri–neft sektoru 7% artıb».

Nazir Azərbaycanın xarici ticarət coğrafiyasının son 10 ildə genişləndiyini, 150-dək ölkə ilə ticarət əlaqələri qurulduğunu, ixrac potensialının əhəmiyyətli dərəcədə gücləndiyini söyləyib:

«Bu müddət ərzində xarici ticarət dövriyyəsi 4.3 dəfə, ixrac 6 dəfə, o cümlədən qeyri-neft ixracı 2.6 dəfə artıb».

XS
SM
MD
LG