Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:35

Əfrasiyab Nurullahinin 20-liyə düşməyən şeiri


-

Bu şeir "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflər heyətindən bal alsa da, bu, 20-liyə düşmək üçün bəs etməyib.

Əfrasiyab Nurullahi

(İran)

ARAZ

Araz,

iki yolun ayrıcı

iki can arasında qalan can

o tayı

Azərbaycan

bu tayı

Azərbaycan

Araz,

bir qurd ulaması;

yeni bir uğurdur

hər döngəsi, dolaması

Araz,

həsrət adası Qarabağın,

Qaradağın qadası

o tay, bu tay

ellərimin xan atası

Araz, səməd!

haraysız hay

Araz, Saray!

Haysız haray

Araz,

Xəzər bəyin

azərbaycanlı sevgilisi

Araz,

Xəzər ölüsü

Xəzər dirisi

Araz,

iki qardaşın tək bacısı

ancaq ki;

Xəzərə sığır ağrısı,acısı

Araz,

mənim uşaqlıqda,

bütün sulardan olan,

idrakım, ağlım

və uşaqlıq vərdişi üzündən

indi də elə

Araz,

mil, muğan

həyatı ceyran, cüyür

suvatı Araz,

uzun bir bayatı,

Türkiyədən Xəzərə qədər

o tayı, bu tayı

inləyib gedər

Araz,

mənim dağlar ürəyimdən,

dəniz gözlərimə çəkilən yol

gözlərimdən ləpələnir

Bakı yanağıma

Araz,

uzun bir durna qatarının, kölgəsimi –deyim;

düşüb dağlardan dənizə sarı tapdalanmış bir xalqın, köksümü –deyim;

ötürüb, görünmür axar baxarı...!

SON

XS
SM
MD
LG