Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 08:31

İlham Əliyev: "Hara inteqrasiya olmuşuqsa, bəsdi"


Foto arxiv
Foto arxiv

.

"Bu gün Avropadakı mənəvi və iqtisadi böhran bizi düşünməyə vadar edir və bu amillər gələcək fəaliyyətimizdə mütləq nəzərə alınacaq”.

Bunu Azərbaycan prezidenti Prezident İlham Əliyev bazar ertəsi Nazirlər Kabinetinin iclasında çıxışında deyib.

Avropaya inteqrasiyaya gəldikdə isə İlham Əliyev bildirib ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi və konsepsiya hazırlanmalıdır.

“Azərbaycan Avropa Birliyi ilə assosiasiya sazişinə ona görə qoşulmayıb ki, bu saziş bizim maraqlarımıza uyğun deyil. Orada təklif olunan mexanizm ikitərəfli əməkdaşlıqdan daha çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə bil bizə göstəriş idi. Bu isə bizim üçün yararlı deyil. Çünki Azərbaycan bütün ölkələr və beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk”, - deyə İlham Əliyev vurğulayıb.

“Bu, strateji tərəfdaşlıq müqaviləsi ola bilər. Sadəcə əməkdaşlıq və yaxud tərəfdaşlıq müqaviləsi ola bilər. Amma bu, bərabərhüquqlu olmalı və Azərbaycanın milli maraqları o sazişdə maksimum təmin olunmalıdır və dəyərlərimiz bizim üçün daha vacibdir”-deyə prezident bildirib.

İlham Əliyev bildirib ki, bəzən məmurlar, deputatlar və ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik, amma gəlin görək bu inteqrasiya bizə lazımdır, yoxsa yox?

Avropa Şurası Parlament Assambleyası
Avropa Şurası Parlament Assambleyası

“Azərbaycanı orda hansı simada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yoxsa sanki kənardan yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil”, - deyə İlham Əliyev bildirib.

İlham Əliyev daha sonra qeyd edib ki, Azərbaycanın Avropa Şurasına daxil olması ümidləri doğrultmadı.

Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuqsa kifayətdir. Lazım gəlsə, yenə başqa birliklərə də üzv olarıq, amma bərabərhüquqlu tərəfdaş və ləyaqətli ölkə kimi.

“Azərbaycanı nə qədər təhqir etmək, alçaltmağa cəhd göstəmək olar ? Artıq hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik və yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik”, - dövlət başçısı vurğulayıb.

“Bizbu quruma üzv olmuşuq ki, ilk növbədə Qarabağ problemi həll edilsin. Bilirdik ki, Ermənistan Avropa Şurasına üzv olmağa can atır. İstəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli şəkildə həll edilsin. Amma nə görürük: ədalətsizlik, ikili standartlar, islamafobiya, paxıllıq, bədniyyətlik”, - İlham Əliyev vurğulayıb.

İlham Əliyev sonda Avropa Oyunları zamanı AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə də narazılığını bildirib.

“Qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətnində yazılıb ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürüb o cümləni dəyişir və yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Bu, nə deməkdir?! Bu, açıq-aydın antiazərbaycan mövqeyidir.

Ona görə bir daha deyirəm ki, biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuqsa kifayətdir.

Lazım gəlsə, yenə başqa birliklərə də üzv olarıq, amma bərabərhüquqlu tərəfdaş və ləyaqətli ölkə kimi”, - deyə İlham Əliyev bildirib.

XS
SM
MD
LG