Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 00:58

Nardaran ağsaqqalının Xədicə ilə bağlı bayram arzusu


Hacı Natiq Kərimov
Hacı Natiq Kərimov

-

"İran siyasətçiləri bizim hakimiyyətdən fərqli olaraq, ağıllı addım atdı. Bu anlaşmanı alqışlayırıq. ABŞ da, Qərb dövlətləri də anladı ki, İran xalqını diz çökdürmək olmaz".

Gözlə

No media source currently available

0:00 0:05:44 0:00
Direct-ə keçid

Nardaran camaatı Ramazan bayramına hazırlaşır. Kənddə bayram namazı iyulun 18-də səhər saat 9-də Hüsniyyə məscidində qılınacaq.

Nardaran ağsaqqalı Hacı Natiq Kərimov söhbətə şükürlə başlayır. Deyir ki, bu bayramda xeyli şükür ediləsi hadisələr olub:

“İnşallah, 10 gün sonra Hacı Taleh azadlığa çıxmalıdır. O, ikinci dəfə şərlənərək, həbs olunsa da hər iki sınaqdan üzağ çıxdı. İranla Qərb arasındakı anlaşmanı alqışlayırıq. Ümid edirik ki, tezliklə İrana qarşı bütün sanksiyalar aradan qaldırılar və İran daha da inkişaf edər”.

BİZ BU ANLAŞMANI ALQIŞLAYIRIQ...

Düzdür, deyirlər ki, bu anlaşmadan sonra İran nefti dünyaya çıxaracaq, bununla da neftin qiyməti ucuzlaşacaq, bu da Azərbaycana xeyir deyil. Şəxsən mən bu neftdən bir qəpiklik xeyir görməmişəm.

12 illik danışıqlardan sonra nəhayət iyulun 14-də İranın nüvə proqramı ilə bağlı yekun saziş razılaşdırılıb. Bu sazişin İranla Qərb, özəlliklə də, ABŞ arasındakı buzları əridəcəyi gözlənilir.

Tehran - insanlar nüvə razılaşmasını bayram edirlər.
Tehran - insanlar nüvə razılaşmasını bayram edirlər.

Hətta uzun müddətdən sonra İranda insanlar ABŞ-ın bayrağını yenidən qaldırıb, bu sazişin imzalanmasını bayram etdi. Hacı Natiq deyir ki, bu, İranın qələbəsidir:

“İkinci dünya müharibəsindən sonra dünyada Yaponiyanın inkişafı fenomen sayılırdı. İran son 35 ildə çox inkişaf edib, həm elmi, həm səhiyyəsi, həm hərbi cəhətdən.

Bu anlaşmanı alqışlayıram. ABŞ da, Qərb dövlətləri də anladı ki, İran xalqını diz çökdürmək olmaz. İnşallah İrana edilən qadağalar aradan qaldırılandan sonra vəziyyət daha da düzələcək. Düzdür, deyirlər ki, bu anlaşmadan sonra İran nefti dünyaya çıxaracaq, bununla da neftin qiyməti ucuzlaşacaq, bu da Azərbaycana xeyir deyil. Şəxsən mən bu neftdən bir qəpiklik xeyir görməmişəm. Mənim kimi də digər sadə camaat. Bəlkə bundan sonra bir xeyrini gördük, onu deyə bilmərəm. Amma hələki biz bir xeyir görməmişik”.

NARDARANLILARIN ƏSAS PROBLEMİ...

Nardaran ağsaqqalı sözünü həmkəndlilərinin problemləri ilə davam etdirir. Deyir ki, günün-günorta çağı cavanlar boy-boya düzülüb, bekar qalıblar. Səbəb də odur ki, iş yoxdur:

Xədicə İsmayıl
Xədicə İsmayıl

“Nardaranın ən əsas problemi işsizlikdir. Camaatın 90 faizi işləmir. İşsizlik problemi tək Nardaranda yox, elə bütün Bakı kəndlərində var. Camaatın istəyi odur ki, işi olsun. Başını aşağı salıb, zəhmətləri ilə halal pullarını qazanıb, dolansınlar”.

Hacı Natiq söhbətini bayram arzuları ilə yekunlaşdırır:

“Başda AzadlıqRadiosunun əməkdaşı Xədicə xanım olmaqla, bütün haqsız yerə həbs olunanlar inşallah tezliklə azadlıqlarına qovuşsun. Elə çox uzağa getmirəm. İranda 1-2 gün öncə azı 800 nəfərin azadlığa buraxılması və cəzalarının yüngülləşdirilməsi ilə bağlı qərar olub. Bu bayramda əsas arzumuz nə ola bilər? Tezliklə, Azərbaycanda şərlənib, zindana düşənlər azad olunsun”

XS
SM
MD
LG