Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 16:50

«Prezidentin tapşırığı ilə hədələnirəm»


Arxiv fotosu
Arxiv fotosu

-

Avqustun 14-də hazırda həbsdə olan Real Hərəkatının sədri İlqar Məmmədovun adından bəyanat yayılıb. Həmin bəyanatda İlqar Məmmədov hədələniyini yazıb:

Amma bu gün, avqustun 14-də rəis müavini məni öz otağına çağırıb, rus dilində ən təhqiramiz ifadələrlə təhqir etdi, məni bərk döydürməklə hədələdi və bildirdi ki, «Avropaya satılmış, sən şükür eləməlisən ki, səni vətən xaini kimi həbs etməyiblər»

«Pentensiar Xidmətin hazırda həbsxanada bütün dustaqları keçirtdiyi rentgen yoxlamasında iştirakdan imtina etdim. Rentgen şüalanması sağlamlığa təhlükədir. Bundan öncə də belə bir yoxlamadan imtina etmişdim və heç bir problem yaşamamışdım. Amma bu gün, avqustun 14-də rəis müavini məni öz otağına çağırıb, rus dilində ən təhqiramiz ifadələrlə təhqir etdi, məni bərk döydürməklə hədələdi və bildirdi ki, «Avropaya satılmış, sən şükür eləməlisən ki, səni vətən xaini kimi həbs etməyiblər». Mən ona bildirdim ki, rentgen müayinəsindən etibarlı beynəlxalq ekspertlərin iştirakı ilə keçməyə hazıram. Bu zaman dustaqları mənə qarşı qaldıracağı ilə hədələdi. Təhdidin gücləndiyini və bunun tək mənim üçün deyil digər dustaqlar üçün də problem yarada biləcəyini görəndə mən razılaşdım ki, yaxşı tanıdığım bir neçə dustağın nəzarəti ilə həmin müayinədən keçim. Amma verdiyim bu təkliflə bağlı heç bir cavab almamışam».

İlqar Məmmədov yazır ki, rəhbərliklə son görüşdə də təhdid olunub, telefondan istifadə hüququ məhdudlaşdırılıb.

Sonda İlqar Məmmədov bildirir ki, onun sağlamlığı ilə bağlı cavabdehlik hökumətin üzərindədir:

«Həbsdə olduğum 2 il yarım müddətdə penitensiar xidmət əməkdaşları dəfələrlə məni "prezidentin adından və onun tapşırığı ilə” hədələyiblər ki, əfv ərizəsi yazmasam həbsdən sağ-salamat çıxmayacağam. Bu hədəni xususilə polkovnik İmran Tağızadə səsləndirmişdir. Bu haqda bir il yarım əvvəl məhkəmədəki son sözümdə danışmışdım».

AzadlıqRadiosu bununla bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Hələlik nazirlikdən heç bir açıqlama yoxdur.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin may ayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir.

XS
SM
MD
LG