Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 03:42

"Xədicəni buraxdırmaq ABŞ-ın borcudur"


Azad Avropa/Azadlıq Radiolarının keçmiş rəhbəri Jeffrey Gedmin və Amerika Sahibkarlıq İnstitutunun araşdırmaçısı Gary Schmitt CNN telekanalının internet saytında yazırlar

ABŞ Georgetown Universitetinin əməkdaşı, Azad Avropa/Azadlıq Radiolarının keçmiş rəhbəri Jeffrey Gedmin və Amerika Sahibkarlıq İnstitutunun (American Enterprise Institute ) araşdırmaçısı Gary Schmitt CNN telekanalının internet saytında Azərbaycan jurnalisti Xədicə İsmayılovanın həbsi ətrafında yaranan vəziyyəti şərh ediblər.

Jeffrey Gedmin
Jeffrey Gedmin

Yazıda qeyd olunur ki, AzadlıqRadiosunun əməkdaşı ötən ilin dekabrından bəri Bakı həbsxanasındadır və onu 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Müəlliflərin fikrincə, "Əgər bütün dünya boyunca məhbus edilmiş jurnalistlərin sayının kəskin artdığı nəzərə alınarsa, indiki zəmanəmizdə bu elə də təzə xəbər kimi görünməyə bilər.

Jurnalistlərin Beynəlxalq Müdafiəsi Komitəsi CPJ-in məlumatına görə, ötən il bütün dünyada 220 jurnalist həbs edilib və bu, bir il əvvəlkindən 10 faiz artıqdır.

Xədicənin işi ona görə xüsusisdir ki...

“Lakin İsmayılovanın işi bunların arasında xüsusi diqqətə layiqdir, çünki müasir avrtoritarlar barədə bir sıra həqiqətləri açır."

Müəlliflər yazırlar ki, 2010-cu ildən bəri Azərbaycanda hökumət korrupsiyası səhəsində təhqiqat aparan jurnalist İsmayılova prezidentin və onun ailəsinin də bu korrupsiya ilə bağlı olduğunu üzə çıxarıb.

İsmayılovanın məqalələri ölkənin “birinci ailəsinin” sinirlərinə toxunmuşdu

Bu faktların arasında Əliyevin 11 yaşlı oğlunun Birləşmiş Ərəb Əmirliklərində 44 milyon dollarlıq mülkiyyətinin olması barədə iddialar, Əliyevin qızlarının adına qeydiyyatdan keçmiş ofşor şirkətlər barədə məlumatlar da vardı.

Xədicə İsmayılovanın araşdırmalarından bəlli olurdu ki, Əliyevlər ailəsinin üzvləri Azərbaycanda 2, 5 milyard dollarlıq qızıl çıxarılması ilə məşğul üç Panama şirkətinin menecerləridirlər.

“İsmayılovanın məqalələri ölkənin “birinci ailəsinin” sinirlərinə toxunmuşdu” – deyilir məqalədə.

Bel sütunu, Axilles dabanı

Hudzondakı Kleptokratiya Təşəbbüsləri İnstitutunun təsisçisi və direktoru Charles Davidson qeyd edir ki, “Planlı şəkildə qurulmuş kleptokratiyalar (oğrular və fırıldaqçıların hökumətləri) bu gün bir çox avtokratiyaların həm bel sütunu, həm də Axilles dabanıdırlar”.

“Bu səbəbdən də jurnalisti bunları ifşa etdiyinə görə ittiham etmək diqqəti ailənin maliyyə əməliyyatlarına daha çox çəkə bilərdi, - yazırlar müəlliflər, - Buna görə də onlar Xədicəyə qarşı “həmkarını intihara məcbur etmək” kimi cəfəng bir ittiham irəli sürüblər…”

Məqalədə deyilir ki, “intihar etməyə məcbur edilən şəxs”in özü bu ittihamı yalanladıqdan sonra, jurnalistə qarşı vergidən yayınma və mənimsəmə ittihamları də əlavə edilib.

Şeytanla saziş

Gedmin və Schmitt-in fikrincə, neft sərvəti olan Azərbaycanın Rusiya və İran arasında yerləşməsi ABŞ xarici siyasət adamlarını belə bir düşüncəyə gətirib ki, bu ölkənin daxili işləri Birləşmiş Ştatlar üçün prioritet deyildir: “Amerika maraqları Amerika dəyərlərinin üstündən xətt çəkib. Amma bu, belə olmalıdırmı?” – deyə sual edirlər məqalə müəllifləri.

Şübhəsiz elə vaxtlar olur ki, liberal demokratiyalar öz varlıqları naminə, İkinci Dünya Müharibəsi zamanı olduğu kimi şeytanın özü ilə də sazişə girirlər. Lakin belə düşüncə, asanlıqla vərdişə çevrilə bilər

“Şübhəsiz elə vaxtlar olur ki, liberal demokratiyalar öz varlıqları naminə, İkinci Dünya Müharibəsi zamanı olduğu kimi şeytanın özü ilə də sazişə girirlər. Britaniya və Amerikanın Stalinlə müttəfiqliyi zərurətdən doğmuşdu” – deyilir məqalədə.

Bu da xatırladılır ki, bənzər müttəfiqlik Soyuq Müharibə illərində Türkiyə və Cənubi Koreyanın xuntaları ilə də edilib.

“Lakin belə düşüncə, asanlıqla vərdişə çevrilə bilər və xarici siyasəti quranlar sözügedən maraqların Amerika ideallarının görməməzliyə vurulmasına həqiqətən də dəyib-dəymədiyini ölçüb-biçməzlər…” – deyilir yazıda.

Vaşinqtonun bir üzü

Məqalədə vurğulanır ki, bu gün Amerika Birləşmiş Ştatları planet boyunca avtoritar rejimlərlə əlaqələr qurarkən öz maraqlarını və dəyərlərini daha diqqətlə ölçüb-biçməlidir.

Amerika belə edərsə, avtoritarlar da başa düşərlər ki, ABŞ-ın bir marağını o biri marağına qurban verib oynamaq olmaz.

Müəlliflərin fikrincə, Amerika belə edərsə, avtoritarlar da başa düşərlər ki, ABŞ-ın bir marağını o biri marağına qurban verib oynamaq olmaz. Bu həm də çox baha qiymətə demokratiya yolunu seçmiş ölkələri də ruhlandırar, qlobal ictimaiyyət isə Vaşinqtonun simasında riyakarlıq yox, elan edilmiş prinsiplərə sadiqlik görər.

Məqalənin sonunda AzadlıqRadisounun ABŞ Konqresi tərəfindən maliyyələşdirildiyinə işarə edən müəlliflər yazırlar ki, bu mənada Xədicə İsmayılova Amerika vergiödəyəninin etimadını doğruldub.

“İndi növbə bizimdir ki, ABŞ öz işini görüb onun azad edilməsinə nail olmalıdır” – deyilir məqalədə.

XS
SM
MD
LG