Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:42

“Neft Fonduna, Neft Şirkətinə yeni bina lazım idi?”


Azərbaycan -- İlham Əliyev Neft Şirkətinin yeni binasının təməlini qoyur. 2010
Azərbaycan -- İlham Əliyev Neft Şirkətinin yeni binasının təməlini qoyur. 2010

-

"Ümid eləyək ki, ən azı gələn il keçirilməsi nəzərdə tutulan Formula-1 avtomobil yarışlarından, 2017-ci il üçün nəzərdə tutulmuş İslam Olimpiya Oyunlarından imtina ediləcək."

“Prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə, investisiya proqramlarına salmamalıyıq. İsrafçılığa yol verilməməli, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir”.

Bunu sentyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.

O bildirib ki, bundan sonra büdcə vəsaitlərini qənaətlə xərcləmək lazımdır:

“Əvvəlki illərdə biz çalışırdıq ki, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri həll edək. Məhz ona görə bəzi hallarda o qədər də prioritet təşkil etməyən layihələrə də vəsait ayırırdıq ki, daha da sürətli inkişaf getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi”.

Ötən illərin büdcəsində hansı layihələr prioritet sayılmayıb, amma budcədən milyonlar aparıb? Nələri ixtisar etmək lazımdı ki, büdcə kəmərini sıxa bilsin?

“Neft Fonduna, Neft Şirkətinə yeni bina lazım idi?”

İqtisadçı Natiq Cəfərli hesab edir ki, hökumətin büdcə siyasəti indiyə kimi qeyri-şəffaf olduğu üçün prezident belə bir etiraf etməli olub:

“Belə çıxır ki, prioritet olmayan layihələrə illərlə milyonlarla vəsait xərclənib. Çox güman ki, sonradan istifadə edilməyən infrastruktur layihələri, ya regionlarda tikilən obyektlər nəzərdə tutulur. Onların heç bir effektivliyi yox idi, heç effektivlik ölçüsü də tərtib edilməmişdi ki, qoyulan investisiyanın geri dönüşü nece olacaq, iqtisadiyyata xeyri nə olacaq?”

Müsahibimiz deyir ki, onun yadında bəzi layihələr əhəmiyyətsiz, önəmsiz layihələr kimi qalıb.

Natiq Cəfərli hesab edir ki, Dövlət Neft Şirkəti, Neft Fondu yerləşdiyi ofisdən də öz işini idarə edə bilirdi, onlar üçün ayrıca bina tikməyə ehtiyac yox idi:

“Azərbaycanda böyük infrastruktur layihələrinin əsas hissəsi viziual effekt yaradılmasına xidmət edir. Neftin qiymətinin çox yüksək olan vaxtı - 2011-2012-ci illərdə Azərbaycanda bir sıra iri layihələrin həyata keçirilməsinə qərar verildi.

Azərbaycan Neft Fondu, Dövlət Neft Şirkəti, Azərsu, AZAL üçün iri və bahalı ofis layihələri ortaya qoyuldu. Bunların ümumi dəyəri 100 milyon manatdan çox idi. Azərbaycanda buna ehtiyac var idimi? Buna o vaxt heç kim cavab vermirdi

Azərbaycan Neft Fondu, Dövlət Neft Şirkəti, Azərsu, AZAL üçün iri və bahalı ofis layihələri ortaya qoyuldu. Bunların ümumi dəyəri 100 milyon manatdan çox idi. Azərbaycanda buna ehtiyac var idimi? Buna o vaxt heç kim cavab vermirdi”.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı yada salır ki, “Azərsu”ya on milyonlarla vəsait xərcləyib yeni ofis binası tikiblər, amma qurumun ciddi struktur problemləri var, dövlət büdcəsi qarşısında borcları yaranıb, ölkənin su təchizatında ciddi problemlər yaşanır. “O vəsaiti bu kimi problemlərin həllinə yönəltməkdənsə, vizual effekti olan layihələrə yönəldirlər”, -deyə ekspert əlavə edir.

Natiq Cəfərli ümid eləyirik ki, bundan sonra bəzi iqtisadi dəyəri olmayan layihələr büdcə xərcinin əhatəsindən çıxarılacaq:

“Ümid eləyək ki, ən azı gələn il keçirilməsi nəzərdə tutulan Formula-1 avtomobil yarışlarından, 2017-ci il üçün nəzərdə tutulmuş İslam Olimpiya Oyunlarından imtina ediləcək. Çünki bu yarışlar ölkə büdcəsinə ağır yük sayılır, effektivliyi aşağı sayılır. Bunu Avropa Oyunları da sübut edir, külli miqdarda vəsait xərclənməsinə baxmayaraq, turizm sahəsində ciddi artım görünmədi, turizm gəlirləri çoxalmadı. Bundan dərs çıxarmaq lazımdır.

Bu tipli beynəlxalq yarışlar ölkənin tanıdılması üçün yaxşıdır, amma indiki vəziyyətdə ölkənin tanıdılmasından çox büdcənin rasional idarə edilməsinə üstünlük verilməlidir”.

Natiq Cəfərli hesab edir ki, regionlarda tikilən olimpiya komplekslərinin də idmana xüsusi bir töhfəsi olmadı: “Əgər olimpiya yığmasında legionerlərin sayı artırsa, demək ki, bu olimpiya komplekslərinin bir faydası olmayıb. Faydası olmayan layihələrdən qaçmaq lazımdır”.

“Nəzarəti təmin edən qanuna ehtiyac var”

Vahid Əhmədov
Vahid Əhmədov

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyir ki, əslində həyata keçirilmiş bir çox layihədə israfçılığa yol verilib:

“Büdcənin xərc hissəsi ilə bağlı təklifim olub ki, iri layihələrə nəzarət mexanizmi qanun formasında olsun. Elə layihələr olub ki, budcəsi 300-400 milyon, bəlkə ondan da çox olub. Düzdür, Maliyyə Nazirliyi, Hesablama Palatası yoxlamalar

Olimpiya Komlekslərində həm beynəlxalq yarışlar keçirilir, həm yerli camaat orda məşğul olur. Avropa Oyunları keçirildi, düzdür, bir az xərc apardı, amma böyük hadisə idi

aparıb, amma yenə də qanun olmalıdır ki, dövlət büdcəsinin xərc hissəsinin şəffaflığını, güclü nəzarət mexanizmini təmin etsin”.

Müsahibimiz Natiq Cəfərlinin olimpiya kompleksləri ilə bağlı dedikləri ilə razılaşmır, əksinə o hesab edir ki, bu obyektlər yerli idmançıların yetişdirilməsinə müsbət təsir edir:

“Olimpiya Komlekslərində həm beynəlxalq yarışlar keçirilir, həm yerli camaat orda məşğul olur. Avropa Oyunları keçirildi, düzdür, bir az xərc apardı, amma böyük hadisə idi”.

Vahid Əhmədov prioritet olmayan layihələr xatırlamır, deyir, yol, su, qaz çəkilməsi ilə bağlı elə infrasturkrur layihələr var ki, bunu etməsən, digər iqtisadi layihələr səmərə gətirə bilməz. O hesab edir ki, bəzi neft-qaz, tikinti layihələrini, əgər neftin qiyməri 50 dollar və ya ondan aşağı düşərsə, davam etdirmək çətin olacaq.

XS
SM
MD
LG