Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:38

Şirkətlər təsisçilərini açıqlamalı olacaq


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

2016-cı ildən mədən sənayesində fəaliyyət göstərən hüquqi şəxslər, o cümlədən neft şirkətləri təsisçilərini açıqlamalı olacaq. Hazırda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) standartlarında tövsiyə xarakterli olan benefisiar sahibliyin açıqlanması gələn ildən məcburi olacaq.

Hazırda standartlarda MHŞT tətbiq edən ölkələrə tövsiyə edilir ki, hasil edilən mineral ehtiyatlar üçün tender təklifi verən, fəaliyyət göstərən və ya sərmayə qoyan korporativ təşkilat(lar)ın, o cümlədən onların benefisiar sahib(lər)inin və sahiblik səviyyəsinin ictimai reyestrini saxlasın.

Azərbaycan qanunvericiliyi hüquqi şəxslərin təsisçisi barədə məlumatları açıqlamağı qadağan edir. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanununda 12 iyun 2012-ci il dəyişikliklərinə əsasən, hüquqi şəxslərin təsisçisi barədə məlumatlar ölkədə kommersiya sirri hesab olunur. Həmin məlumatlar üçüncü şəxslər tərəfindən yalnız həmin müəssisələrin səhmdarlarının razılığı ilə əldə edilə bilər.

KOMMERSİYA SİRRİ

Azərbaycan Respublikası MHŞT üzrə Komissiyasının 2013-cü il hesabatında bu öhdəliyin məcburi olmaması və qanunvericiliyin təsisçiləri açıqlamağı qadağan etdiyi vurğulanır:

«Benefisiar - mülkiyyətçi» konsepsiyası Azərbaycan hüquqi ilə tanınmır və Azərbaycanda korporativ müəssisələrin benefisiar mülkiyyətçilərinin ictimaiyyətə açıq olan reyestri mövcud deyil. Hüquqi şəxslərin dövlət reyestrində korporativ müəssisənin benefisiar mülkiyyətçiləri barədə deyil, həmin müəssisələrin səhmlərin qeydiyyata alınmış mülkiyyətçiləri barədə məlumat əks etdirilir. Beləliklə, Azərbaycanda ictimaiyyət üçün açıq olan heç bir reyestr benefisiar mülkiyyətçilik barədə məlumatları əks etdirmir və ona görə də həmin məlumatların dövlət mülkiyyətində olan müəssisələr tərəfindən təqdim edilməsi mümkün görünmür. Bundan başqa, «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunda dəyişikliklər edilməsi barədə 12 iyun 2012–ci il tarixli Qanuna əsasən, hüquqi şəxslərin təsisçisi barədə məlumatlar kommersiya sirri hesab olunur. Həmin məlumatlar üçüncü şəxslər tərəfindən yalnız həmin müəssisələrin səhmdarlarının razılığı ilə əldə edilə bilər. Azərbaycanda benefisiar mülkiyyət konsepsiyasının və həmin mülkiyyət barədə məlumatların verilməsi ilə bağlı hər hansı qanuni öhdəliyin olmamasını nəzərə alaraq, benefisiar mülkiyyət barədə məlumatların açıqlanması MHŞT–də iştirak edən şirkətlər üçün məcburi öhdəlik hesab olunmayacaq.

Buna görə də Koalisiya Şurası 2016-cı il üzrə MHŞT Hesabatının hazırlıqlarının başlanması dövrünədək bu məsələnin həllinə nail olmaq üçün Çoxtərəfli qrupda (ÇQ) müzakirələrin aparılmasını və müvafiq dövlət qurumlarına müraciət edilməsini məqsədəuyğun hesab edir.

XS
SM
MD
LG