Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 20:42

140 minlik rayonda cəmi 1 nəfər ipoteka ala bilib


Gəncədə bina
Gəncədə bina

►140 min əhalisi olan Sabirabadda və 120 min əhalisi olan Ağcabədidə cəmi 1 nəfər ipoteka krediti alıb.

Azərbaycan İpoteka Fondunun (AİF) rəqəmlərini araşdırarkən məlum olur ki, bölgələrdə yaşayan əhali ipoteka üzü görməyib.

İndiyədək təqdim edilən 17 min 79 ipoteka kreditinin 11 min 679-u paytaxtın, 1563-ü Sumqayıtın, 773-ü Abşeron və Xırdalanın, 599-u Gəncənin, 142-si Naxçıvanın payına düşüb. Mingəçevir 65, Lənkəran isə 35 ipoteka kreditindən faydalana bilib. Son 9 ildə yerdə qalan rayonlar bütövlükdə heç 10 ipoteka kreditindən yararlanmayıb. Məsələn, 140 min əhalisi olan Sabirabadda və 120 min əhalisi olan Ağcabədidə cəmi 1 nəfər ipoteka krediti alıb.

İqtisadçı ekspert Rəşad Həsənov da deyir ki, ölkə üzrə fond vəsaitləri ilə verilən ipotekanın 82 faizi məhz paytaxt Bakı, Sumqayıt şəhəri və Abşeron rayonunun payına düşür:

“Bu illər ərzində digər regionlara cəmi 18% (3 min 64) ipoteka krediti verilib. Bunun da böyük bir qismi şəhərlərin payına düşür. Başqa sözlə, region insanının ipoteka kreditindən faktik yararlanma imkanı məhduddur. Bunun müxtəlif səbəbləri var: bölgələrdə əhalinin gəlirləri daha azdır, əmlak bazarı passivdir (xüsusən kəndlərdə), ipoteka məqsədi ilə ayrılan vəsait yetərli deyil. Həmin səbəblər banklara bölgələrdəki ipoteka fəaliyyətini genişləndirməyə əngəl törədir. Qanunvericiliyə görə, müştərilərin müəyyənləşdirilməsi müvəkkil bankların (AİF-nin vəsaitlərindən istifadə hüququ olan bankların) səlahiyyətindədir. Belə olduğu təqdirdə isə banklar daha çox yüksək gəlirli kateqoriyadan olan müştərilərlə işləməyə üstünlük verir. Bu günədək ipoteka krediti götürənlərin 90 faizi aylıq gəliri 500 manatı aşan vətəndaşlardır. Müraciətlərin çoxluğu və bu məqsədlə ayrılan vəsaitin yetərsizliyi də bankların regionlardakı fəaliyyətini məhdudlaşdırır.”

Buna da bax: Neft Fondu $432 milyona Yaponiyada bina aldı

Regionlara ayrıca ipoteka

Ekspert İpoteka Fonduna vəsait ayırarkın, regionlara veriləcək kredit həcminin öncədən müəyyənləşdirilməsini təklif edir:

“Hökumət... bu istiqamətdə ayrılan vəsaitlərin həcmini artırmalıdır. Çünki regionlardakı mənzil problemi, bütün mümkün problemlərlə yanaşı, urbanizasiyanı – şəhərləşməni də tətikləyən əsas səbəblərdəndir”.

İpoteka kreditlərinin regionlar üzrə pay bölgüsü, ədədlə (2015-ci ilin 2-ci rübü)

Cəmi17079
Bakı11679
Sumqayıt1563
Abşeron/Xırdalan 773
Gəncə 599
Naxçıvan 142
Mingəçevir 65
Lənkəran 35
Şirvan 27
Göygöl 23
Xaçmaz 23
Cəlilabad 22
Şəmkir 20
Yevlax 16
Quba 15
Bərdə 14
Qazax 11
Şəki 11
Göyçay 9
Naftalan 9
İmişli 8
Samux7
Qax 6
Siyəzən 6
İsmayıllı 5
Biləsuvar 5
Şamaxı 5
Zaqatala 5
Daşkəsən4
Neftçala 4
Tovuz 4
Ağdaş
Beyləqan 3
Ağstafa3
Salyan3
Dəvəçı 2
Goranboy 2
Tərtər2
Astara 2
Yardımlı2
Qəbələ 2
Gədəbəy2
Şərur1
Ağsu1
Ucar1
Oğuz1
Sabirabad 1
Balakən1
Ağcəbədi 1
Xanlar1

XS
SM
MD
LG