Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:57

HRW Yunuslara görə bəyanat verdi


Arif və Leyla Yunuslar.
Arif və Leyla Yunuslar.

-

«Human Rights Watch» insan haqları təşkilatı Leyla və Arif Yunusların gələn həftə gözlənən apellyasiya məhkəməsi öncəsi bəyanat yayıb. Məhkəmə oktyabrın 12-də başlanacaq. «Ədalətli məhkəmə normalarından yan keçərək çıxarılmış qüsurlu hökmlər qüvvədə saxlanmamalı, hakimiyyət bütün ittihamları ləğv etməli və cütlüyü azadlığa buraxmalıdır», - bəyanatda deyilir.

«Məhkəmə Azərbaycanda hüququn aliliyi və ədalətin bərpası yönündə addım ata bilər», - qurumun Avropa və Orta Asiya üzrə direktoru Rachel Denber deyib. «Leyla və Arif Yunuslara qarşı hökmlərin Azərbaycanın insan haqları öhdəliklərinə uyğun olmadığını anlamaq, bu şəxslərin məruz qaldığı dəhşətli ədalətsizliyin aradan qaldırılması üçün ilk addım olardı».

Avqustun 13-də Leyla Yunusa 8 il yarım, Arif Yunusa isə 7 illik həbs cəzası kəsilib. Onlara vergidən yayınma və digər iqtisadi ittihamlar irəli sürülsə də, müstəqil müşahidəçilər bu məhkəmə siyasi motivli sayıb. Beynəlxalq qurumlar məhkəmənin ümumiyyətlə, beynəlxalq standartlara uyğun keçmədiyini bildirilib.

Cütlük müxtəlif xəstəliklərdən əziyyət çəkir. «Leyla və Arif Yunusa müalicə lazımdır və hər şeydən öncə bu səbəbdən həbsxanada olmamalıdırlar», - Denber deyib. «Onların sağlıq durumuna baxmayaraq məhkəmənin keçirilməsi ədalətin necə rişxənd olunduğunu ortalığa qoydu».

«Human Rights Watch» bildirir ki, 2012-ci ildən bəri hökumət onlarla insan haqları fəalını, müstəqil jurnalisti və bloqqeri təqib edib, qorxudub və ya həbsə atıb. Hazırda ölkənin əsas tənqidçilərindən çoxu dəmir barmaqlıqlar arxasındadır.

Hakimiyyət təmsilçiləri isə ölkədə heç kəsin siyasi motivlərlə təqib olunmadığını bildirir. «Human Rights Watch», «Amnesty International» və digər beynəlxalq qurumlarım bəyanatları isə ölkəyə qarayaxma kampaniyası kimi dəyərləndirilir.

XS
SM
MD
LG