Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:58

"Balalarım kərtənkələlərlə bir yerdə böyüyür"


“Hətta bir dəfə uşağı kərtənkələ çaldı. Həkimlərin səyi nəticəsində uşaq ölümdən döndü"
“Hətta bir dəfə uşağı kərtənkələ çaldı. Həkimlərin səyi nəticəsində uşaq ölümdən döndü"

►“Hətta bir dəfə uşağı kərtənkələ çaldı. Həkimlərin səyi nəticəsində uşaq ölümdən döndü"

“2005-ci ildə Kəlbəcər rayon İcra Hakimiyyətinə müraciət edib ev növbəsinə yazıldım. 10 il keçsə də, evlə təmin olunmamışam. Halbuki bu müddət ərzində iki dəfə qaçqın və məcburi köçkün ailələrinə ev paylanılıb. Rayon icra hakimiyyətinin başçısına dəfələrlə müraciət etmişəm. Heç bir nəticə verməyib”.

Bunu 20 ildən çoxdur ki, Gəncə şəhər Televiziya və Radio Yayım Fondunun Göygöl rayonundakı anbarında yaşayan, Kəlbəcərin Cəmilli kəndindən köçkün düşmüş Nəsibə Musayeva deyir:

“Çox pis şəraitdə yaşayırıq. Vəziyyətimiz barədə ora-bura yazanda isə Kəlbəcərin icra hakimiyyətindən bizi şərləməklə hədələyirlər. Deyirlər, “susun, nə vaxt ev verilər, o zaman da köçürülərsiz”. Başa sala bilmirəm ki, balalarım kərtənkələlərlə, ilan-çayanla bir yerdə böyüyür. Evdə hara əl atırsan, əlinə kərtənkələ gəlir. Hətta bir dəfə uşağı kərtənkələ çalıb. Həkimlərin səyi nəticəsində uşaq ölümdən dönüb. Çox dözülməz vəziyyətdir, ilan, kərtənkələ evin içində sürünür, qorxu içində yaşayırıq”.

Buna da bax: "O boyda yol gəliblər, təklif etdikləri işə bax"

“EVİN DÖŞƏMƏSİNDƏ SU TOPUĞA ÇIXDI”

Nəsibə Musayeva deyir, sığındıqları anbarın döşəməsi daşdır. Övladlarının ayaqları bir neçə dəfə tutulub:

“Rütubət və xəstəlik ilboyu bizdən əl çəkmir. Su yox, bir az soyuqlar düşən kimi işıq da sönür. Xətlər çürük-çürükdür. Dam da sınıq-sınıqdır. O gün yağan güclü yağışdan sonra evin döşəməsində su topuğa çıxdı. Yorğan-döşək, pal-paltar – hamısı suyun içində qaldı”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, hazırda bu ailəni mənzillə təmin etməyə imkan yoxdur. Qaçqın və köçkünlər üçün ev növbəsi deyilən anlayış yoxdur və onlar ərazi üzrə köçürülürlər. Məsələn, Göygöldə məskunlaşan köçkünlər üçün nə zaman yaşayış məntəqəsi salınacaqsa, oradakı köçkünlər də həmin vaxt köçürüləcəklər.

Nəsibə Musayeva isə deyir, gözləməyə nə sağlamlıq qalıb, nə də səbr...

XS
SM
MD
LG