Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 01:39

Azərbaycanda parlament seçkiləri [dəqiqəbədəqiqə]

Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilib. Rəsmi məlumata görə, Milli Məclisdə 125 yer uğrunda 767 namizəd mübarizə aparır.

Təşviqat kampaniyasına 1200-dən çox namizəd qoşulsa da, daha sonra onların bəziləri, o cümlədən Müsavat Partiyası üzvlərinin böyük əksəriyyəti seçkiyə qatılmaqdan imtina edib.

Müxalif Milli Şura daha öncədən seçkini boykot edərək, nəticələri tanımayacağını bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda budəfəki seçkiləri müşahidə etməyəcəyini açıqlayıb.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətnin aşağısıdakı göy rəngli «davamı» düyməsini basmaqla, bloqu vərəqləmək, əvvəlki postlarla tanış olmaq da mümkündür.

07:12 1.11.2015
Seçkilər də nikah kimidir...

Seçkilər haqda aforizmlər

07:41 1.11.2015
Saat 8-də başlayır

Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilir.
Səsvermə səhər saat 8:00-da başlayır. Saat 19:00-da bitəcək.

125 mandat uğrunda 767 namizəd mübarizə aparır.

MSK bildirir ki, seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib.

Səsvermənin gedişi və nəticələri haqqında saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Budəfəki seçkidə ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar İnstitutu müşahidəçilik aparmayacaq.

Seçkidə əsas müxalifət partiyaları iştirak etmir. Əvvəlcə Demokratik Qüvvələrin Milli Şurası seçki kampaniyasında iştirakdan imtina edib. Azad və ədalətli seçkilər üçün şərait olmamasına etiraz edib. Səsverməyə bir neçə gün qalmış eyni səbəblərlə Müsavat Partiyası və NİDA hərəkatı seçkilərdə iştirakdan çəkilib.

Ekspertlər deyir ki, dairələrin əksəriyyətində seçkilər faktiki olaraq siyasi cəhətdən alternativzisdir. Yalnız bəzi dairələrdə ReAl hərəkatının, «Azadlıq 2015» blokunun və Ümid Partiyasının nümayəndələri hakimiyyətyönlü namizədlərə real alternativ təşkil edə bilər.

08:07 1.11.2015
Naxçıvanda Ali Məclisə də seçkilər keçirilir

Noyabrın 1-də Naxçıvan Muxtar Respublikasında Milli Məclisə seçkilərlə bərabər, regional parlamentə də seçkilər keçirilir.

Ali Məclisə 45 seçki dairəsi üzrə 135 namizəd qeydə alınıb. Namizədlərin 44 nəfəri Yeni Azərbaycan Partiyasının, 46 nəfəri digər partiyalarının nümayəndələri, 45 nəfəri isə bitərəflərdir.

Yerli fəallar NMR-də seçki mühitinin olmadığını, namizədlərin təşviqat materialları yaymadığını bildirir.

NMR-dən həm də 7 dairə üzrə Milli Məclisə seçkilər keçiriləcək.

08:10 1.11.2015
Seçkilər başladı

Məzahir Pənahov seçkilərin başladığını elan etdi...

Bu dəqiqələrdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

M.Pənahov seçkilərin şəffaf və rəvan keçirilməsi üçün ictimai siyasi şəraitin çox normal olduğunu bildirib. O bunun üçün ölkə başçısına təşəkkürünü çatdırıb.

Davamı

XS
SM
MD
LG