Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:46

Erdogan Putinə cavab verdi


Vladimir Putin və Tayyip Erdogan
Vladimir Putin və Tayyip Erdogan

Türkiyə prezidenti Racep Tayyip Erdogan rusiyalı həmkarı Vladimir Putinin noyabrın 26-da Moskvada Fransa prezidenti Hollande ilə görüşdən sonra dediklərini qəbuledilməz adlandırıb.

Putin dünən Türkiyə rəhbərliyini ikitərəfli münasibətləri bilərəkdən dalana aparmaqda günühlandırıb.

Erdogan noyabrın 27-də buna münasibət bildirərkən, Türkiyənin Rusiya təyyarəsini qəsdən vurmadığını deyib.

Erdogan bildirib ki, Rusiya təyyarəsi noyabrın 24-də Tükiyənin hava məkanını pozduğuna görə məlum beynəlxalq qaydalara uyğun olaraq buna dərhal cavab verilib.

Putin noyabrın 26-da deyib ki, Rusiya buna görə Türkiyədən yüksək səviyyədə üzrxahlıq gözləyir.

Erdogan isə buna cavab olaraq deyib ki, Türkiyənin hava məkanını pozduğuna görə Rusiya üzr istəməlidir.

XS
SM
MD
LG