Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 07:25

“Günəşli” olayı ilə bağlı cinayət işi başlanıb


“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə yanğın. 5 dekabr
“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə yanğın. 5 dekabr

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin baş vermə səbəbləri, vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilib, eyni zamanda zəruri prosessual hərəkətlər yerinə yetirilir.

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə yanğın dekabrın 4-də başlayıb. Rəsmi mənbələr 30 nəfərin itkin düşdüyünü deyir.

XS
SM
MD
LG