Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 06:39

“MTN əməkdaşları artıq işsiz sayıla bilər”


“MTN əməkdaşları artıq işsiz sayıla bilər”
“MTN əməkdaşları artıq işsiz sayıla bilər”

►Ekspertlər yeni dövlət xidmətlərinin yaradılmasını müsbət addım sayırlar

Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin yerində iki xidmət yaradılması ilə bağlı fərman imzalayıb. Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılır.

“Bir neçə gün əvvəl mətbuatda MTN strukturunda islahatlarla bağlı təkliflərlə çıxış etmişdim, islahatlardan biri iki ayri-ayrı xidmətin yaradılması ilə bağlı idi”.

Bunu milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər AzadlıqRadiosuna müsahibəsində deyir. Onun sözlərinə görə, bu xidmətlərin ayrılması düzgün addımdır:

“Amma bu qərar özlüyündə bu sahələrin inkişafı demək deyil, bunun ardınca müəyyən addımlar atılmalı, kəşfiyyat və əks-kəşfiyyat qurulmalıdır. Təbii, bu da uzun zaman alası bir işdir”.

Buna da bax: “Bizi məsciddən didərgin salıblar”

“Vətənpərvər, intellektual, analitik qabiliyyətə malik kadrlar”

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

Sülhəddin Əkbər deyir ki, əsasən kadr seçiminə diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, kəşfiyyat və əks-kəşfiyyat kadrları “həm vətənpərvər, həm intellektual, həm də analitik qabiliyyətə malik olmalıdır”.

Gözlə

No media source currently available

0:00 0:01:12 0:00
Direct-ə keçid

Ərəstun Oruclu
Ərəstun Oruclu

Sabiq MTN əməkdaşı, Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu da təhlükəsizlik sistemində belə bir addımı müsbət qarşıladığını söyləyir.

Onun fikrincə, bu fərmanla son illərdə “MTN-də subyektiv səbəblərlə işə götürülmüş şəxslərdən azad olmaq” imkanı yaranıb:

Gözlə

No media source currently available

0:00 0:01:16 0:00
Direct-ə keçid

“MTN əməkdaşları artıq işsiz sayılır, onları yeni xidmətlərə işə ala bilərlər, almaya da bilərlər. Yeni rəhbərliklər kadrları yenidən yığacaqlar”.

Buna da bax: Beynəlxalq Bank böyük zərərdə

“Hər iki xidmət nazirlik statusundan aşağıdır”

Müsahibimiz əlavə edir ki, bu fərman həm də “hakimiyyətə təhlükə ola bilən mərkəzləşdirilmiş təhlükəsizlik sisteminin qarşısını alır”.

“Hər iki xidmət nazirlik statusundan aşağıdır”, - deyən Ərəstun Oruclu qeyd edir ki, fərqli-fərqli qurumların yaradılması onların daha effektiv işləməsinə səbəb olacaq:

“Dünya təcrübəsində də sınaqdan çıxmış strukturlaşmadır. Daxili kəşfiyyat və əks-kəşfiyyat fərqli sahələrdir və onların fəaliyyət dairəsi də ayrıdır”.

Hər iki idarənin rəhbəri artıq məlumdur. Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib.

Buna da bax: Yumurta yenə “ceyranın beli”ndə...

MTN-in pulu iki xidmətə bölünəcək

Hər iki xidmətə tapşırılıb ki, bir ay ərzində əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini ölkə prezidentinə təqdim etsinlər.

Nazirlər Kabineti isə MTN üçün dövlət büdcəsində ayrılmış vəsait çərçivəsində bu xidmətlərin 2015 və 2016-cı illər üzrə maliyyəşməsini təmin etməlidir.

Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudov oktyabrın 17-də vəzifədən kənarlaşdırılıb. MTN-nin keçmiş generalı Akif Çovdarov da daxil olmaqla, 20-dən çox adam saxlanıb və çoxlarının barəsində həbs-qətimkan tədbiri seçilib. Çovdarov qanunsuz dəstə yaradaraq sahibkarları azadlıqdan məhrumetmə hədəsi ilə külli miqdarda pul və digər vəsaitlər əldə etməkdə ittiham olunur. Bundan başqa Rabitə Nazirliyindəki vəzifəli şəxslərin himayə olunduğu və qanunsuz olaraq sahibkarların telefon söhbətlərinə qulaq asıldığı bildirilir. Rəsmi məlumata görə, 21 nəfər haqda cinayət işi açılıb, bu adamların təxminən 60-dək işadamını taladığı bildirir. Bu qalmaqala görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və nazirliyin digər səlahiyyətli şəxsləri işdən azad olunub.

XS
SM
MD
LG