Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 12:32

İlqar Məmmədov: «Demək məni buraxmaq fikirləri yoxdur...»


İlqar Məmmədov.
İlqar Məmmədov.

-

Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi araşdırılacaq. Təşəbbüskar Avropa Şurasının Baş katibi Thorbjorn Jagland-dır. Konvensiyanın Azərbaycanda çox ciddi pozulduğunu deyən baş katib qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi bunu İlqar Məmmədovun işində üzə çıxarıb.

Baş katibin bu qərarından REAL-ın həbsxanada olan sədri İlqar Məmmədov bu gün – dekabrın 17-də xəbər tutub. Belə bir addımı gözlədiyini, hətta gecikmiş hesab etdiyini söyləyib. Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Vəfa Məmmədova məlumat verib.

- Biz belə bir reaksiyanı çoxdan gözləyirdik, yəni bu, gözlənilən bir hadisə idi.

- Sizcə, belə bir rəsmi araşdırma başlayanadək, təmsilçilər ölkəyə gələnədək İlqar Məmmədov azad oluna bilərmi?

- Əlbəttə ki, onlar gələnədək belə bir addım atılsa, daha yaxşı olardı. Amma bunun olacağına inanmıram. Mənə elə gəlir ki, İlqarı azad etmək fikirləri olsaydı, bundan avropalıların xəbəri olardı və belə bir nümayəndənin göndərilməsi söhbəti yaranmazdı. Təmsilçilər göndərilirsə, bu, o deməkdir ki, İlqarı buraxmaq fikirləri yoxdur. Ona görə də Avropa belə bir addım atmağa məcbur qalıb.

- Bu günlərdə Yunusların sərbəst buraxılması da sizdə hər hansı ümid yaratmadı?

- Xeyr. Hətta Leyla xanımın buraxılması belə məndə heç bir ümid yaratmadı. Leyla Yunusu xəstəliyinə görə sərbəst buraxdılar. Onun İlqara heç bir aidiyyəti yoxdur.

- Belə çıxır ki, növbəti əfvdən də müsbət gözləntiniz yoxdur...

- Gözləmirəm, boş yerə ümidlənmək istəmirəm.

- İlqar bəylə sonuncu dəfə nə vaxt danışmısınız?

- Bu gün danışmışıq. Son olanlardan xəbəri yox idi, bu gün dedim ona. Reaksiyası o oldu ki, istər Avropa, istərsə də Qərb tərəfindən belə bir addım çoxdan atılmalı idi. Dedi ki, bunun olacağını gözləyirdi və gec də olsa, baş verdi. İlqar da dedi ki, «demək məni buraxmaq fikirləri yoxdur ki, Avropa Şurasının baş katibi belə bir açıqlama edib».

- İlqar bəy necə düşünür, bütün bu olanlar yaxın zamanda onun azadlığına gətirib çıxara bilərmi?

- Düşünür ki, yəqin, gətirib çıxaracaq, çünki daha nə qədər təzyiq göstərilməlidir ki? Əvvəl-axır bunun bir sonu olmalıdır. İlqarın fikrincə, bu hadisənin müsbət təsiri olacaq.

- Səhhəti necədir, yenə də ona təzyiqlərin olmasından şikayətçidirmi?

- Səhhəti də, əhval-ruhiyyəsi də çox yaxşıdır. Daha ona qarşı təzyiqlər də, hələ ki, yoxdur. Hələ ki, sakitçilikdir.

- Əfv yazması ilə bağlı təkliflər, müraciətlər olurmu?

- Bilirsiniz, bundan əvvəl çox belə müraciətlər olundu. Amma gördülər ki, mümkün deyil, mənası yoxdur belə cəhdlərin. Ona görə də son zamanlar belə müraciətlər də edilmir.

XS
SM
MD
LG