Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 16:41

Mərkəzi Bank dollar istəyənlərin işini çətinə saldı


►Mərkəzi Bankın yeni qaydaları qüvvəyə minib

Mərkəzi Bankın (MB) “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması”na dair yeni qaydalarıı qüvvəyə minib.

İndən belə müştərinin 500 ABŞ dollarına ekvivalent məbləği aşan mübadilə əməliyyatı şəxsiyyəti təsdiqləyən sənədlə aparılmalıdır.

Bank çıxarışında fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiqləyən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı əksini tapmalıdır. Əvvəlki qaydada şəxsiyyəti təsdiqləyən sənəd 5 min ABŞ dollarına ekvivalent məbləği aşan mübadilə əməliyyatında tələb edilirdi.

İqtisadiyyat eksperti Vüqar Bayramov yeni tələbin nəyi hədəf götürdüyünü AzadlıqRadiosuna açıqlayıb.

Ekspert bildirir ki, MB bu addımla dollara tələbatı inzibatı yolla tənzimləməyə və öz valyuta ehtiyatlarına qənaətə etməyə çalışır:

“Amma limit kimi yetərincə kiçik məbləğin seçilməsi valyuta satışında ciddi çətinliklər yaradacaq. Şəxsiyyət vəsiqəsi ilə dolların satılması valyuta dəyişmə məntəqələrinin işini həm uzadacaq, həm də çətinləşdirəcək. Nəticədə, belə məntəqələrin önündə uzun növbələr yaranacaq”.

Buna da bax: Nardaran ağsaqqalına 4 aylıq həbs

“500 dollarlıq limit doğru qərar deyil”

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçı ekspertin fikrincə, bu qərarın icrasında ən böyük risk “qara bazar”ın törənməsidir:

“Şəxsiyyət vəsiqəsiylə və ya növbəyə dayanaraq dollar almaq istəməyənlər “qara bazar”da daha yüksək kursla valyuta almaq məcburiyyətində qala bilərlər. Axı qeydiyyatsız valyuta almaq istəyənlər qeyri-leqal yollar axtaracaq. Dolların şəxsiyyət vəsiqəsiylə 500 dollar deyil, daha yüksək məbləğin dəyişdirilməsi məqsədəuyğun olardı. Xarici valyutaya tələbin hər gün artdığını nəzərə aldıqda, MB-nin 500 dollarlıq limiti seçməsi doğru qərar deyil. Xarici valyutaya tələb yüksək olduğundan, ən azı, 5 min dollar valyuta alanlardan şəxsiyyət vəsiqəsi tələb olunmalıydı”.

“Qara bazarın yaranmaması üçün...”

Vüqar Bayramov deyir ki, MB “qara bazar”ın yaranmaması üçün valyutadəyişmə məntəqələrini və bankları xüsusi avadanlıqla təmin etməlidir:

“Bir sıra inkişaf etmiş ölkələrdə şəxsiyyət vəsiqəsi ilə dollar satışı həyata keçirilir, amma şəxsiyyət vəsiqəsi xüsusi qurğuya yaxınlaşdırmaqla qeydə alınır. Beləcə, elektron biçimdə məlumat hazırlanması az zaman aparır. Prosesin elektronlaşsa, növbə və ajiotaj yaranmaz”.

Bank məsələləri eksperti Əkrəm Həsənov MB-nin valyuta bazarını artıq idarə edə bilmədiyini düşünür və fikrini belə davam etdirir:

"500 dollarlıq limit valyuta alverini müəyyən qədər səngidə bilər. Çünki insanlar bir qədər çəkinəcək ki, adları hansısa siyahılarda hallanmasın. Bizim əhali sənədlə iş görməyi sevmir. Odur ki, MB də ümid edir ki, dollar alanların sayı bir qədər azalar. Amma zənnimcə, say azalsa da, ümumi məbləğlərə ciddi təsir etməyəcək".

XS
SM
MD
LG