Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 01:10

Yeni büdcə nələr vəd edir?


Karikatura. Neft inəyi
Karikatura. Neft inəyi

-

QORXULU NAĞILLAR

«Azərbaycan» qəzetində diqqət çəkən bir yazı var. Qəzet müxalif və müstəqil mediada ölkənin gələcək iqtisadi həyatı ilə bağlı açıqlamaları «qorxulu nağıllar» adlandırır:

«Elə bil pulumuzun qəsdinə durublar, valyuta bazarı bir balaca sabitləşən kimi qorxulu proqnozlar verirlər. Bəzi saytların dünənki başlıqlarına baxın: «Üçüncü devalvasiya anonsu: iki-üç ay sonra», «Üçüncü devalvasiya qaçılmazdır», «Manat növbəti devalvasiya ərəfəsində»…».

Məqalə müəllifi həmkarlarına bu mövzuda «həssas» olmağı məsləhət bilir.

XARİCİ BORCLARDA TƏHLÜKƏLİ HƏDD...

«Bu ilin yanvarında ölkənin xarici borcunun manatla ifadəsi 11 milyard manata çatır. Bu, ÜDM-in 20 faizi deməkdir və təhlükəli həddir». Ekspert Məhəmməd Talıblı bunu «Azadlıq» qəzetinə açıqlamasında bildirib.

Ekspert alınan kreditlərin əksərinin «Azərişıq», «Azərsu» kimi təbii inhisarçılara xərcləndiyini nəzərə çatdırır:

«Dollarla alınan xarici borcların qaytarılması çətinləşib. Yerli müəssisələr məhsullarını manata satıblar deyə, daha çox borc qaytarmalıdırlar».

Üçüncü devalvasiya ola biləcəyi ehtimalını da bura əlavə edən ekspertə görə, vəziyyət olduqca çətinləşib.

«QARA BAZAR»DA MİLYONLAR DÖVR EDİR

İqtisadi mövzulara «Exo» qəzeti də geniş yer verib.

Ekspert Nəriman Ağayev qəzetə «qara bazar»la bağlı açıqlamalar verib:
««Qara bazar»da milyonlar dövr edir. Həm də bu adamlarda bu qədər maliyyə vəsaitinin haradan olmasını müəyyən etmək olmur».

N.Ağayev bu əməliyyatların arxasında hansısa vəzifəli şəxslərin durmasına işarə vurur. Ekspertin düşüncəsinə görə, bu dövriyyənin özü də korrupsiyadır və buna səbəb bütün sistemin korlanmasıdır.

«Gələcəkdə «qara bazar» yoxa çıxa bilər. Amma unutmayın ki, tələb təklifi doğurur», - deyə ekspert xəbərdarlıq edib.

YENİ BÜDCƏ SAHİBKARLARIN CİBİNƏ «YÜKLƏNİR»

«Yeni Müsavat» qəzetinə danışan iqtisadçı-ekspertlər isə builki büdcənin də əsas ağırlığının sahibkarların üzərinə qoyulacağını düşünürlər. Bu qəzetdə «Yeni büdcə sahibkarların cibinə «yüklənir»» adlı məqalə dərc olunub.

Ekspert Rəşad Həsənov bu durumu iqtisadi fəallığın azaldığı indiki vaxtda sahibkarlara təzyiqlərin artacağı kimi dəyərləndirir. O deyir ki, onsuz da bazarın təzyiqi altında qalan sahibkarlara daha bir təzyiq ədalətli deyil.

Gömrükdən daxilolmaların 14 faiz artırılmasına toxunan ekspert bunu maraqlı məqam sayır.

«Yanvar ayının statistikasına görə, gömrükdən daxilolmalar 50 faizə qədər azalıb. Bu il isə idxal kifayət qədər azalacaq. Amma gömrük daxilolmaları artırılır»,-deyə ekspert bu tərs-mütənasibliyin doğru olmamasına diqqət çəkir.

XS
SM
MD
LG