Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:39

“Azərbaycan yenə Qərbə meyllənib”


Azər Rəşidoğlu
Azər Rəşidoğlu

►“Hakimiyyətin problemi ondadır ki, heç vaxt sabit siyasət yeritməyib. Zaman-zaman Qərbə, zaman-zaman da Rusiyaya doğru meylli olub”

Bir neçə gün öncə Prezident Administrasiyası (PA) rəhbərinin müavini Novruz Məmmədov deyib ki,“son zamanlar Azərbaycanla Avropa Birliyi arasında anlaşma var. Son illər gedən prosesin nəticəsi olaraq, ən azı Şərq Tərəfdaşlığına üzv olan dövlətlərin içərisində hərə öz yolunu seçdi”.

Azərbaycan AB ilə bərabərhüquqlu tərəfdaşlıqda israr etdiyindən, tərəflər insan haqları, demokratik islahatlar məsələlərində fərqli mövqelərdə durduğundan, PA rəsmisinin bu fikirləri belə bir sual doğurur – Azərbaycan doğrudanmı Qərbə üz tutur?

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, son baş verənlər müvəqqəti də olsa, ikinci yolun seçildiyi anlamına gəlir:

– İndi Azərbaycan hakimiyyəti təzyiqlər altındadır. İstər ölkədəki iqtisadi böhranın dərinləşməsi, istərsə də hakimiyyətə təzyiqlər onu çox güclü tərəfdaşları seçməyə vadar edir. Azərbaycan hakimiyyəti dərk elədi ki, insan haqları sahəsindəki bu qədər problemlərlə Avroatlantik məkana inteqrasiya eləmək mümkün olmayacaq. Avroatlantik məkandan kənarda qalmaq isə Rusiyanın tam təsir dairəsinə düşməkdir. İndi istər Rusiyada, istərsə də Azərbaycandakı iqtisadi-sosial böhran fonunda Rusiya-Azərbaycan tərəfdaşlığı heç kimin marağına cavab vermir. Bu baxımdan, Bakının Qərblə əməkdaşlıqdan başqa yolu qalmır. Unutmaq olmaz ki, böhran get-gedə dərinləşir, Azərbaycanın istər kreditlərə, istərsə də siyasi dəstəyə ehtiyacı var. İlham Əliyevin Türkiyə səfərinə də bu kontekstdən yanaşıla bilər. O cümlədən, siyasi məhbusların önəmli bir hissəsinin azad olunması həmin mesajın tərkib hissəsi kimi də dəyərləndirilə bilər.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

– Prezidentin dünən (martın 17-də) imzaladığı əfv fərmanının siyasi qüvvələr arasında yaxınlaşmaya körpü olacağını və ölkənin Qərbə meylləndiyini də düşünənlər az deyil.

– Bu siyasi məhbus problemi həllini tapmayana qədər demokratik açılımın baş verdiyini söyləmək mümkün olmayacaq. İstənilən halda, yeni siyasi məhbus ordusu yarana bilər. Martın 31-i, aprelin 1-də ABŞ-da keçiriləcək Nüvə Təhlükəsizliyi sammitində Bakının özünə geosiyasi tərəfdaş olaraq kimi seçəcəyi probleminə də aydınlıq gələcək – Qərb, yoxsa, Rusiya? Zənnimcə, bu mərhələdə bu göstərilənlər ondan xəbər verir ki, Bakı məhz Avroatlantik məkana inteqrasiya yolunu tutur. Bu baxımdan, siyasi məhbusların azad olunması və Novruz Məmmədovun bəyanatı Qərbə doğru mehriban jest kimi dəyərləndirilə bilər.

– Meyllər Qərbə sarıdır?

– Aralıq müddətə, hə. Bir qədər sonra nə olacaq, demək çətindir. Azərbaycan hakimiyyətinin problemi ondadır ki, heç vaxt sabit siyasət yeritməyib. Zaman-zaman Qərbə, zaman-zaman da Rusiyaya meylli olub. Mən onu aralıq müddətə bölərdim. İndiki aralıq müddətdə meyllər Qərbə sarıdır. Bir ay, iki ay sonra nə olacaq, əhval-ruhiyyə, siyasi məhbus, mətbuat problemi necə olacaq, hansı fəsadlar yaranacaq, bunu indidən demək çətindir.

– Ölkədə baş verən dəyişikliklərdəiqtisadi proseslərin də rolu varmı?

– Əlbəttə. Əsas problemlərdən biri də odur ki, ölkədə ciddi iqtisadi-siyasi problemlər yaranıb. Belə getsə, marjinal qüvvələr siyasi avanqarda çevrilə bilər. Bu, fəsadlar törədə bilər, həmin fəsadların da qarşısını almaq mümkün olmayacaq. Azərbaycan hakimiyyətinin Qərbə meyillənməsi və siyasi məhbusların azad olunmasında iqtisadi böhranın da əhəmiyyətli rolu var. Müşahidələr göstərir ki, iqtisadi böhran bundan sonra da dərinləşəcək. Çünki hakimiyyətin iqtisadi islahat aparmağa iradəsinin və proqramının olmadığı üzə çıxır. Düşünürəm ki, ilk növbədə müstəqil məhkəmə sistemi qurulmalıdır. Müstəqil məhkəmələrsiz ciddi dönüş əldə etmək və iqtisadi islahatlar həyəta keçirmək mümkün olmayacaq.

– İctimai fəalların azad olunmasından sonra hakimiyyətin ünvanına müsbət mesajlar gəlir. Ancaq həmin mesajlarda bunun davamı da istənilir.

– Siyasi məhbuslar azad olunmasaydı, Azərbaycan hakimiyyəti ciddi sanksiyalarla üzləşə bilərdi. İqtisadi böhran yaşayan bir ölkənin çox ciddi beynəlxalq təzyiq və sanksiyalarla üzləşməsi böyük fəsadlar yarada bilər. O baxımdan, siyasi məhbusların azad olunacağı gözlənilən idi. Ancaq mən Azərbaycan hakimiyyətinin tam demokratik açılıma hazır olacağını gözləmirəm. Ancaq müəyyən mənada, ən azı, bunun imitasiyası həyata keçiriləcək. İlqar Məmmədovun, İntiqam Əliyevin və digərlərinin həbsdən buraxılması, siyasi təşkilatlarla dialoqa başlanılması və bu səpkidə başqa hansısa addımlar atıla bilər. Ancaq böyük mənada müsbət dəyişikliklərin olacağına inanmıram.

Buna da bax:

"Xədicə ona görə əfvə düşmədi ki..."
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

XS
SM
MD
LG