Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:49

İ.Əliyev şənlikdə Qarabağdan danışdı


İlham Əliyev
İlham Əliyev

-

«Dağlıq Qarabağ münaqişəsi Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin biganəliyi ucbatından həll olunmayıb».

APA-nın xəbərinə görə,prezidenti İlham Əliyev bunu Novruz bayramı münasibətilə Bakıda keçirilənşənlikdəki çıxışında deyib.

O bildirib ki, münaqişənin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, ədalətə əsaslanır: «Təmas xəttində üstünlük Azərbaycanın tərəfindədir».

Dövlət başçısı qeyd edib ki, 2016-cı ildə ölkədə siyasi və iqtisadi islahatlar daha da dərinləşib. İqtisadiyyatın neft amilindən asılılığının azaldılması istiqamətində işlər görülür: «Gələcək fəaliyyət yeni iqtisadi model üzərində aparılacaq. Bu ilin ilk rübündə dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açılıb. Gəlirlərin azalmasına baxmayaraq, maaş və pensiyalar 10 faiz artıb. Bu isə dünyada böhran dövründə nadir haldır».

Prezident deyib ki, indi Azərbaycan böyük enerji və nəqliyyat layihələri həyata keçirir: «Bu layihələrin icrasından ölkəmiz siyasi və iqtisadi mənfəət götürəcək».

XS
SM
MD
LG