Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 01:45

Q.İbadoğlu: «İqtisadiyyatda tənəzzül başlayıb»


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

«İqtisadi göstəricilər həyəcan təbili çalır. Azərbaycan iqtisadiyyatı bu ildən başlayaraq ciddi tənəzzülə qədəm qoyub».

İqtisadçı-ekspert Qubad İbadoğlu bunu öz Facebook səhifəsində yazıb.

İqtisadçının araşdırmasına görə, bu ilin ilk iki ayı ərzində Ümumi Daxili Məhsul əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3.2 faiz aşağı düşüb. Eyni zamanda qeyri-neft sektorunda Ümumi Daxili Məhsulun payı da 5.5 faiz azalıb: «Bu dövr ərzində tikinti-quraşdırma işləri əvvəlki illə müqayisədə 33.4 , nəqliyyatda yükdaşıma isə 5.3 faiz azalıb. İlin ilk ayında dövlət büdcəsinin nəzərdə tutulan gəlirlərinin hər 5 manatından 4-ü toplanıb, planlaşdırılan xərclərin isə hər 5 manatından 2-si icra olunub».

Q.İbadoğlu qeyd edir ki, bu ilin ilk ayında xarici ticarət dövriyyəsinin həcmi ötən ilki səviyyənin 3/4-nü təşkil edib. Həmin dövrlə müqayisədə qeyri-neft ixracatı yarıbayarı azalıb: «Ən çox narahatlıq doğuran, dərin tənəzzül meyllərinin qeyri-neft bölməsi istehsalında və ixracatında müşahidə edilməsidir. Dövr ərzində istehlak qiymətləri indeksi 11.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14.8 , qeyri-ərzaq məhsullarının isə 15.7 faiz artıb. Bunun qarşılığında isə əhalinin gəlirləri 10 faiz artıb».

HÖKUMƏT YENƏ GECİKİR

Q.İbadoğlu deyir ki, ilk iki ayda kredit qoyuluşları 14 faiz artıb. Ancaq bunun əvəzində problemli kreditlərin artım sürəti onu iki dəfə üstələyərək, 27.5 faiz olub.

Q.İbadoğlu təqdim olunan rəsmi göstəriciləri iqtisadiyyatdakı böhranın artıq şaxələnməsinin təzahürü kimi dəyərləndirir:

«Bu ilin start göstəricilərinin mənfi yöndə formalaşması Azərbaycan hökumətindən təxirəsalınmaz tədbirlər tələb edir. Hökumət isə həmişəki kimi, gecikir. Hələ də cari il üçün nə böhran qabaqlayıcı proqram, nə də böhran dövründə tədbirlər planını var. Son zamanlar atılan ayrı-ayrı addımlar isə kompleks proqramın və sistemli yanaşmanın tərkib hissəsi olmadığına görə, ciddi effekt vermir. Tənəzzül isə artıq 3-cü aydır ki, başlayıb».

XS
SM
MD
LG