Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 20:57

Mərkəzi Asiya ölkələrində prezident olmağın yolları


Nursultan Nazarbaev (solda) və İslam Karimov
Nursultan Nazarbaev (solda) və İslam Karimov

►Doğrudan da, Mərkəzi Asiyada hər hansı qərbyönlü, çinyönlü və ya İslamyönlü lider peyda olsa, Kremlin işə qarışmayacağını ağla gətirmək çox çətindir

Region ölkələrinin dördündə - Türkmənistan, Qazaxıstan, Özbəkistan və Tacikistanda o dərəcədə qeyri-şəffaf idarəçilik sistemi var ki, hər hansı ehtimal irəli sürmək də çox çətindir.

Hələ ilin əvvəlində heç kim Mərkəzi Asiya ölkələrində seçki keçiriləcəyini gözləmirdi. Di gəl, artıq yanvarın sonunda Qazaxıstanda parlament seçkiləri keçirmək təşəbbüsü irəli sürüldü. Tacikistan və Türkmənistanda da Konstitusiyaya dəyişiklik üçün referendumlara getmək planlaşdırıldı. Əlbəttə, söhbət indiki liderləri qeyri-müəyyən müddətdə prezident kürsüsündə qalmasını hədəfləyən konstitusiya dəyişikliklərindən gedir.

Ehtimal söyləmək çox çətindir

Bəzi mütəxəssislər bunu region ölkələrində tezliklə lider dəyişməsi baş verəcəyinə işarə sayır. Bu ölkələrdə uzun illərdir ki, mövcud liderləri kimin əvəzləyəcəyi barədə söz-söhbət səngimir. Region ölkələrinin dördündə - Türkmənistan, Qazaxıstan, Özbəkistan və Tacikistanda o dərəcədə qeyri-şəffaf idarəçilik sistemi var ki, hər hansı ehtimal irəli sürmək də çox çətindir.

AzadlıqRadiosunun türkmən redaksiyası ötən həftə dəyirmi masa təşkil edib. Tədbirdə Mərkəzi Asiya ölkələrində prezident kürsüsünü ələ keçirməyin yolları, bundan ötrü hansı müttəfiqlərin lazım olması, əhalinin dəstəyinə və legitimliyə nail olmaq üçün mümkün siyasi kurslar müzakirəyə çıxarıb. Diskussiyanı redaksiyanın rəhbəri Muhammad Tahir aparıb.

Mütəxəssislərin fikrincə, bu ölkələr müstəqillik dövründə bir-birindən o qədər fərlənməsə də, indi onların hər birində özünəməxsus hakimiyyət dəyişikliyi baş verəcək.

Qazaxıstan və Özbəkistan prezidentləri 1991-ci ildə - SSRİ-inin dağıldlığı vaxtdan bəri aramsız hakimiyyətdədirlər. İyulda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 76 yaşı tamam olacaq. İslam Karimovsa yanvarda 78 yaşını qeyd edib.

___________________________________________________________

Bunlara da bax:
50 erməni sakin Yerevandan sığınacaq istəyib
Sarkisian Qarabağı tanımaqla hədələyir

___________________________________________________________

2-ci prezident olmaq imkansız görünür

Bu ölkələrdə 2-ci prezident adını almaq asan olmayacaq. Ayrıca dəstək olmadan o yüksəkliyə qalxmaq imkansız görünür.

Xarici siyasət mövzularında ixtisaslaşmış vaşinqtonlu jurnalist Reid Standish-in fikrincə, Qazaxıstan neft ixrac edən ölkə olduğundan, bu ölkədə növbəti prezidentin biznes elitasına mənsub olması daha yaxşıdır. Üstəlik, həmin şəxsin əvəzedilməz sayılması da arzulanandır.

Vaşinqtonlu jurnalist Özbəkistanda vəziyyətin tam fərqli olduğunu düşünür: "Özbəkistana baxsaq, pulun böyük hissəsinin ölkə daxilində yarandığını görərik. O səbəbdən... təhlükəsizlik xidmətləri, çox güman, Özbəkistanda hakimiyyətin ötürülməsi məsələsində son dərəcə böyük rol oynayacaq və hakimiyyəti də elə onlar ələ keçirəcəklər".

"Demokratiyanın ixracı: Cənubi Afrika, Tacikistan və Argentinada QHT-lərin rolu" kitabının müəllifi Julie Fisher Melton-sa az qala əmindir ki, indiki şəraitdə - növbəti liderlərin müəyyənləşmə məsələsi ortaya çıxdığı zaman elita nümayəndələri siyasətdə "boz kardinallar" rolunda çıxış edəcəklər.

Son nəticə heç nəyi dəyişməyəcək?

Devrilən qırğız prezidenti Askar Akayev (1990-2005)
Devrilən qırğız prezidenti Askar Akayev (1990-2005)

Onun proqnozuna görə, elitanın iradəsi çox qısa müddətdə legitimlik effekti verəcək. Müəllif uzunmüddətli perspektivdə vətəndaş cəmiyyətini institutsionallaşmanın ən aşağıdan başlanmasına ümid sayır. Aşağıdan başlanan institutsionallaşma olmasa,ilk baxışdan yuxarıda dəyişiklik olsa da, bu, son nəticədə heç nəyi dəyişməyəcək.

Qazaxıstan, Özbəkistan və Tacikistan liderlərinin legitimliyi var. Onların bu legitimliyi xeyli dərəcədə uzun müddət hakimiyyətdə qalmaqdan qaynaqlanır. Standish deyir ki, Karimov-la Nazarbayev özlərini "xalqın atası" adlandıra bilirlər. 1992-ci ildən bəri hakimiyyətdə olan İmomali Rahmon-sa 1992-1997-ci illərdə baş vermiş vətəndaş savaşını sonlandırmaqdakı roluna görə, özünün, az qala, "dünyanın yaradıcısı" imicini saxlayır. Bu legitimlik, böyük ehtimalla, onlardan sonra gələcək prezidentlərə keçməyəcək.

Qazaxıstan prezidentinin diskussiyaya qatılan keçmiş müşaviri, indi ölkənin aparıcı politoloqlarından sayılan Edil Baysalov-un fikrincə, nəsil dəyişikliyi artıq hiss olunmaqdadır.

Din amili və Kreml

Onun sözlərinə görə, İslam əsrlər boyunca Mərkəzi Asiyada siyasətin bir hissəsi olsa və region prezidentləri İslamın təsirini zəiflətmək üçün səy göstərsələr də, din amili yenə siyasətdə böyük rol oynayacaq. O, dindarların kimisə yüksək vəzifəyə gətirməyə yardım edə biləcəyini də düşünür.

Edil Baysalov Mərkəzi Asiyada hakimiyyətin ötürülməsi məsələsinə mühüm amillərdən biri kimi Kremli də göstərib: "Rusiya müəyyən rol oynamaq üçün əvvəldən tədbirlər görüb. Onlar hakimiyyətə gələn şəxsi rəsmən tanımaya, yaxid, tutalım, təhlükəsizlik sahəsində bəlli təminatlar verməyə çalışa bilərlər. Tanınma, dəstək və legitimliyin ən mühüm mənbəyi Moskva olacaq".

Doğrudan da, Mərkəzi Asiyada hər hansı qərbyönlü, çinyönlü və ya İslamyönlü lider peyda olsa, Kremlin işə qarışmayacağını ağla gətirmək çox çətindir. Regionda Rusiya maraqlarının tanınması, demək olar, hakimiyyətə gəlməyin ən vacib şərtidir.

Diskussiya iştirakçıları keçmişdə Mərkəzi Asiya ölkələrində hakimiyyət ötürülməsinin bir-birindən nə dərəcədə fərqləndiyini də müzakirə ediblər. Türkmənistanda hakimiyyət dəyişikliyi 2006-cı ildə - Saparmurat Niyazov-un ölümündən sonra baş verib. Hakimiyyətin ötürülməsi çox sakit, amma həm də çox qeyri-şəffaf olub. Qırğızıstanda isə 2005 və 2010-cu illərdə iki inqilab baş verib və hər ikisinin nəticəsində prezidentlər devrilib.

Tacikistanınsa ilk 2 prezidentini (Rahmon Nabiyev və Akvarşo İskandarov) ölkədə 1992-ci ildə başlanan vətəndaş müharibəsi hakimiyyətdən uzaqlaşdırıb.

XS
SM
MD
LG