Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 19:00

İlqar Məmmədov deputat olmaq istəyir


İlqar Məmmədov
İlqar Məmmədov

-

Hazırda həbsdə olan İlqar Məmmədov təkrar parlament seçkilərində iştirak etmək istəyir.

Bu barədə REAL Hərəkatının rəhbərlərindən Natiq Cəfərli öz Facebook səhifəsində yazıb. N.Cəfərli qeyd edib ki, aprelin 14-də İlqar Məmmədov ona zəng vurub:

«Yaxşıdı, hamıya salamları var. Hal hazırda İlqar bəy barəsində qanuni qüvvəyə minmiş hökm yoxdur. İş Şəki Apellyasiya Məhkəməsinə geri göndərilib, məhkəmə günü də təyin edilmir. İlqar Məmmədov radioda eşidib ki, Ağdaş 90 saylı Seçki Dairəsində təkrar seçki təyin edilib. Dedi ki, sənədləri hazırlayaq, o dairədən namizədliyini verəcək. Zatən indi statusu «təqsirləndirilən» şəxsdir, qanun namizəd olmağa imkan verir. Dedim ki, yaxşı fikirdir, Ağdaşda gözəl kampaniya apara bilərik...».

Prezident İlham Əliyev aprelin 12-si 90 saylı Ağdaş Seçki Dairəsi üzrə parlamentə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ağdaş Seçki Dairəsi üzrə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Ötən il noyabrın 1-də keçirilən parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələrini ləğv etmişdi.

İlkin nəticələrə görə, dairədən əvvəlki deputat Çingiz Əsədullayev lider olsa da, MSK səsvermə günü ciddi pozuntulara yol verildiyi əsası ilə nəticələri ləğv etmişdi. O zaman media MSK-nın bu qərarını Ç.Əsədullayevin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla qohum olmasına bağlamışdı.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr zamanı həbs olunub, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir. Avropa Şurasının Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini İlqar Məmmədovu azadlığa buraxmağa çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi baxılmaq üçün Şəki rayon Məhkəməsinə qaytarılıb.

XS
SM
MD
LG