Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 03:29

Müsəlman ölkələrindən Azərbaycana dəstək


İlham Əliyev İstanbul sammitində
İlham Əliyev İstanbul sammitində

►İƏT-dən Dağlıq Qarabağ çağırışı

“İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammiti Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qəti mövqeyini bir daha təkrarlayır. Ərazilərin güc yolu ilə əldə edilməsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən qəbuledilməz olduğunu təsdiqləyir”.

İslam Əməkdaşlıq Təşkilatının İstanbul Sammitinin yekun kommunikesində belə deyilir.

APA-nın xəbərinə görə, bəyanatda BMT-nin Dağqlıq Qarabağla bağlı qətnamələrinin həyata keçirilməsi istənilir. Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılması vacib sayılır.

Sənəddə münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və suverenliyi çərçivəsində həllinin vacibliyi də qeyd edilir.

“Konfrans təcavüzkarın silahla təchiz edilməsi, mədəni irsin və müqəddəs yerlərin dağıdılmasından narahatlıq ifadə edir. Qeyri-qanuni iqtisadi fəaliyyətlər həyata keçirərək işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki dəyişdirilməsinə yönəlmiş fəaliyyətləri qəbul etmir. ” - deyə bəyanatda bildirilir.

Sənəddə həmçinin, Ermənistana siyasi, iqtisadi və digər vasitələrlə təzyiqin davam etdirilməsinin vacib olduğu vurğulanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sənədi yüksək qiymətləndirib.

Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana dəstək sənədi haqda
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00
Direct-ə keçid

Aprelin 2-də Azərbaycan və Ermənistan arasında atəşkəsin son 22 ildə ən ciddi pozulması halı baş verib.

XS
SM
MD
LG