Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:11

Renato Sanches-in doğum tarixi saxtalaşdırılıb?


Renato Sanches Polşa yığmasının qapısına qol vurur
Renato Sanches Polşa yığmasının qapısına qol vurur

Ünlü fransız mütəxəssis Guy Roux Portuqaliya yığmasının yarımmüdafiəçisi Renato Sanches-in heç də 18 yaşında olmadığını düşünür. Onun dediyinə görə, xavbekin yaşı daha çoxdur.

Roux «Dolce Sport»a müsahibəsində belə deyib: «Sanches? Hə, deyir ki, 18 yaşı var. Ancaq onun doğum tarixi dünyaya gələndən bir neçə il sonra yazılıb. Bu tarix doğru deyil. Düşünürəm ki, Sanches-in 23-24 yaşı var. Ancaq o, yaxşı oyunçudur».

«Benfika»nın oyunçusu indiki AÇ-də 4 oyun keçirib və 1 qol vurub.

XS
SM
MD
LG