Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:58

Vitse prezidentin instagram səhifəsinə yazılan yalvarışlar- VİDEO


Mehriban Əliyevanın "divarı"na nə yazırlar?
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

Mehriban Əliyevanın "divarı"na nə yazırlar?

1-ci vitse prezident Mehriban Əliyevanın instagram -dakı hesabı istifadəçilər üçün obrazlı desək, göz yaşı divarıdır.

Övladı olmayanlar, xəstəliyinin çarəsiz olduğunu hesab edənlər, borcu olanlar... İnsanlar bu hesabın “divar”ına dərdlərini yazıb, 1-ci xanımdan çarə istəyirlər.

-"Uşaqlarım qan azlığından əziyyət çəkir, kömək edin"

-" Artıq 40 yaşım var, getdikcə ümidim lap qırılır, Sizdən çox xahiş edirəm, Mehriban xanım, süni mayalanma üçün bizə kömək edəsiz".

-"Biz poliknikada yaşayırıq. Beş nəfər kiçik otaqda qalırıq. Mənim arzumu ürəyimdə qoymayın, artıq dərəcədə xahiş edirəm".

-"Siz də anasız, yəqin ki, səsimi eşidib, mənə kömək edərsiz, qızım Zəhraya 8 aylıqdı. Ürək problemi var, əməliyyat bahalı əməliyyatdı".

-"Yalvarıram sizə. Bir əsəb xəstəsi qızım var, onun dərmanlarını ala bilmirəm."

Müxalif ReAl Hərəkatından Azər Qasımlı deyir ki, adamlar ona görə Mehriban Əliyevaya sosial şəbəkədə yazır ki, məmurlar və dövlət idarəçilik sistemi pis işləyir:

Azər Qasımlı
Azər Qasımlı

"Qeyri-effektiv, qeyri-rasional, qeyri-müasir idarəetmə sistemi, menecmentin sıfır vəziyyətində olmasıdır ki, belə hallar baş verir".

Hakim Yeni Azərbaycan Partiyasından isə mövzu ilə bağlı şərh ala bilmədik.

Deputat Araz Əlizadə isə deyir ki, Mehriban Əliyeva xeyriyyəçi olduğu üçün insanlar ona üz tutur:

"Mehriban xanım 1-ci xanım kimi, Heydər Əliyev Fondunun prezidenti kimi çox alicənab işlər görür. Xüsusilə də səhiyyə sahəsində, uşaqların səhhəti sahəsində. Və o, 1-ci vitse-prezident olandan sonra humanitar məsələləri davam etdirir".

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xeyriyyə tədbirləri haqqında tez-tez rəsmi təbliğat vasitələrində geniş məlumatlar verilir. Amma Fond gəlir mənbələrin açıqlamır.

Prezident İlham Əliyev bu fonda rəhbərlik edən öz xanımı Mehriban Əliyevanı 2017-ci ilin fevralında vitse-prezident təyin edib.

XS
SM
MD
LG