Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:41

Maliyyə bazarlarının koronavirus itkiləri


Çində investor səhm bazarını izləyir
Çində investor səhm bazarını izləyir

ABŞ Prezidenti Donald Trump koronavirusla mübarizə məqsədilə Konqresdən 2,5 milyard dollar istəyəcək. Dünyada bu virusa yoluxanların sayı artdıqca maliyyə bazarlarında gərginlik yaranıb.

Ağ evin bildirməsinə görə, bu vəsaitin 1 milyard dollarından artığı virusa qarşı vaksinin hazırlanmasına sərf olunacaq.

Çindən qaynaqlanan koronavirusa dünya üzrə 80 mindən çox adam yoluxub.

Pulun qalan hissəsi hazırlılıq səviyyəsinin saxlanmasına, gərəkən avadanlıq və ləvazimatın alınmasına xəclənəcək, Ağ evin büdcə idarəsinin sözçüsü Rachel Semmel deyib.

İndekslərdə azalma

Ötən gün Uol Stritdə birjalarda itkilər yaşanıb. S&P 500 istehlak bazarı indeksi 3.5 faiz azalıb, Dow Jones sənaye indeksi 1000 punkt ve ya 3.35 faizdən çox itirib.

COVID-19 virusunun Cənubi Koreya və İtaliyada sürətlə yayılmasına reaksiya verən Nasdaq indeksində də oxşar azalma müşahidə olunub.

Neftin qiyməti də düşüb.

Ukraynanın Milandakı konsulluğu bildirib ki, vətəndaşlardan sənəd qəbulunu dayandırır və fevralın 25-də əlavə informasiya veriləcək.

İtaliyanın idman nazirinin fevralın 24-də bildirməsinə görə, Italian Serie A və Avropa Liqası çərçivəsində keçiriləcək yarışmalar tamaşaçısız oynanılacaq. Oyunlar məhz virusun yayıldığı ərazilərdəki idman meydançalarında keçirilməlidir.

Fevralın 24-dək İtaliyada virusdan 7 nəfər dünyasını dəyişib, 220-dən çox yoluxub. Virus Avropada ən çox bu ölkədə yayılıb.

“Epidemiya” sözü işlənməsin

İtaliyanın səhmləri 5 faizdən çox düşüb və bu, son dörd ildə ən böyük gündəlik düşüş sayılır. Sakinlər supermarket rəflərini boşaldır, gündəlik tələbat malları evlərinə daşıyırlar.

Artıq Çində koronavirusdan 2 min 663 nəfər dünyasını dəyişib, 77 min 658 nəfər yoluxub. Ölkənin Milli Səhiyyə Komissiyasının fevralın 25-də bildirməsinə görə, bir gün öncə 71 yeni ölüm, 507 yoluxma halı qeydə alınıb.

İranda rəsmilər virusa 61 nəfərin yoluxduğunu, 12 nəfərin öldüyünü deyirlər.

Cənubi Koreyada 833 nəfər yoluxub, 7 nəfər dünyasını dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Ghebreyesus isə xəbərdarlıq edib ki, “epidemiya” sözü işlənməsin, bu, faktlara uyğun gəlmir.

“Potensial epidemiyaya hazırlaşmaqla yanaşı qarşısını almağa çalışmalıyıq”, – o, Cenevrədə jurnalistlərə deyib. Onu da əlavə edib ki, dünyanı xəstəliyin cilovlanmayan yayılması, yaxud irimiqyaslı ölümlər təhdid etmir.

Çində virus yanvarın 23-dən fevralın 2-dək pik həddə yüksəlib və o vaxtdan azalmaqdadır, ÜST bildirir.

XS
SM
MD
LG