Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 00:49

ABŞ əhalisinin yarısına evdən çıxmamaq tapşırılıb


Kaliforniya ştatı, 19 mart, 2020-ci il
Kaliforniya ştatı, 19 mart, 2020-ci il

Dünya üzrə 1,5 milyarddan çox adama evdə qalmaq tapşırılıb. ABŞ ştatlarının üçdə biri isə koronavirusun yeni formasının yayılmasını önləməkdən ötrü əlavə sosial təcrid və digər məhdudiyyətlər elan edib.

Martın 23-də açıqlanmış tədbirlər sırasında daha çox adamlara evdən çıxmamaq göstərişi verilib. Məqsəd COVID-19-a yoluxanların sayında kəskin artımı önləməkdir. Əks halda ölkənin səhiyyə sistemi, xəstəxanaları həddən artıq yüklənmiş olar.

Hazırda Birləşmiş Ştatlarda Çin və İtaliyadan sonra ən çox yoluxma qeydə alınıb, 46 mindən çox yoluxan, 610 ölüm halı var. Johns Hopkins Universiteti bu məlumatları onlayn yerləşdirir.

Fevral kritik ay olub

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Ghebreyesus xəbərdarlıq edib ki, koronavirus pandemiyası “sürətlənir”, ancaq yenə də “trayektoriyasını dəyişməsi” mümkündür.

Azı 18 ştat 158 milyon nəfərə, yaxud ABŞ əhalisinin yarısına evdə qalmaq göstərişi verib. Sakinlərə evdən yalnız ərzaq, dərman, digər vacib şeylər üçün çıxmağa icazə verilir.

ABŞ-da yoluxanların sayının artması qismən bu yüksək yoluxucu koronavirusun gizli yayılması ilə əlaqədardır. Bu, daha çox virusun kök saldığı fevral ayında başlanıb.

Ötən ay Xəstəliklərə Nəzarət və Önlənməsi Mərkəzləri (CDC) cəmi 352 test həyata keçirib.

ABŞ səhiyyə rəsmiləri ilk öncə ÜST-nin qəbul etdiyi testdən imtina ediblər, CDC-nin hazırladığı daha mürəkkəb test isə ilkin mərhələdə qüsurlu olub.

Konqres 2 trilyon dollarlıq paketi müzakirə edir

Əlavə məhdudiyyətlər açıqlanan gün ABŞ-da səhm bazarında düşüş davam edib. Konqres isə 2 trilyon dollarlıq iqtisadi xilas paketinin müzakirəsini davam etdirib.

Senatda demokratların lideri Chuck Schumer deyib ki, Senat martın 24-də qanunvericiliyi səsverməyə çıxara bilər.

Prezident Donald Trump-ın martın 23-də Ağ evdə brifinqdə açıqlamasına görə, Konqres bu layihəni yazıldığı kimi qəbul etməlidir.


“Bu, sürətlə baş verməlidir. Siyasi gündəm zamanı deyil”, – Trump vurğulayıb.

Federal Rezerv Fondu isə elan edib ki, kiçik bizneslərə yüzmilyardlarla dollar verəcək, onlar da işçilər evdə qaldığı dönəmdə ödənişlərini edə bilsinlər.

“Amerika yenidən və tezliklə biznesin üzünə açılacaq”, – Trump brifinqdə söyləyib.

XS
SM
MD
LG