Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:59

Britaniya daha 2 milyon doza vaksin alacaq


Arxiv fotosu
Arxiv fotosu

Hökumət indiyədək yeddi müxtəlif istehsalçıdan, effektivliyi təsdiqlənəcəyi halda, 350 milyon dozalıq vaksin almaqla bağlı razılaşma əldə edib

Britaniya rəsmiləri koronavirusa qarşı ümidverici vaksinin 2 milyon dozasını almağı planlaşdırır. Bir neçə həftəyə ölkədə kütləvi peyvəndləmə başlanmalıdır.

COVID-19-dan 58 mindən çox ölümün təsdiqləndiyi Britaniya noyabrın 30-da bildirib ki, virusa qarşı peyvəndləməyə başlayan ilk ölkələrdən biri olmağa ümid edir.

Hökumət indiyədək yeddi müxtəlif istehsalçıdan, effektivliyi təsdiqlənəcəyi halda, 350 milyon dozalıq vaksin almaqla bağlı razılaşma əldə edib. Ölkənin 67 milyonluq sakininin mümkün qədər çox hissəsinə peyvənd vurulmasını nəzərdə tutulub.

Gələn həftə...

“The Guardian” və “Financial Times” qəzetləri yazırlar ki, xəstəxanalara dekabrın 7-dək ilkin vaksin dozalarının çatdırıla biləcəyi bildirilib.

London İmperial Kollecinin eksperimental tibb üzrə professoru Piter Openşou deyib ki, “növbəti iki həftə, hətta gələn həftənin əvvəlində açıqlama verilsə təəccüblənmərəm”.

Birləşmiş Ştatlarda da dekabrda peyvəndləməyə başlanacağına ümid var. Ölkənin səhiyyə rəsmiləri Şükranlıq bayramından sonra və Milad bayramı öncəsi koronavirusa yoluxmalara “sıçrayış”la bağlı xəbərdarlıq edirlər.

'Ürəyi sıxıldığı üçün' evdən çıxan koronavirus xəstələri. Onlar cəzalanırmı?
Gözlə

No media source currently available

0:00 0:05:08 0:00

Ölkənin baş infeksionisti Entoni Fauçi deyib ki, Birləşmiş Ştatlarda yoluxma səviyyəsi “qəfildən düzələn deyil”.

“Növbəti bir neçə həftə ərzində eyni şey davam edəcək. İki, yaxud üç həftə artım davam edə bilər”, – o vurğulayıb.

Noyabrın 27-də ABŞ-da gündəlik yoluxmalar ilk dəfə olaraq 200 mini keçib. Ölkədə ümumi yoluxma sayı 13 milyonu keçib, 267 minə yaxın xəstə vəfat edib.

Dünya üzrə isə yoluxma sayı 63 milyona yaxınlaşır, 1 milyon 400 mindən çox xəstə dünyasını dəyişib.

XS
SM
MD
LG