Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 22:44

Əfqan müqavimət hərəkatının lideri “milli qiyama” çağırır


Pəncşirdə Milli Müqavimət Cəbhəsi döyüşçüləri
Pəncşirdə Milli Müqavimət Cəbhəsi döyüşçüləri

“Bu qələbə ilə ölkəmiz müharibə bataqlığından tam çıxmış oldu”, – Mücahid vurğulayıb

Əfqanıstanın Pəncşir vadisindəki müqavimət hərəkatının lideri Talibana qarşı “milli qiyam”a çağırır. Sentyabrın 6-da Pəncşirdə baş verənləri müstəqil təsdiqlətmək mümkün olmayıb.

“Əziz həmvətənlər, harada olmağınızdan asılı olmayaraq, sizi vətənimizin şərəfi, azadlığı və qüruru adına ümumi qiyama başlamağa çağırırıq”, – Milli Müqavimət Hərəkatının lideri Əhməd Məsud sentyabrın 6-da qrupun yaydığı audio bəyanatda deyir.

Məsud Talibanın Pəncşiri tutması haqda iddialarını şərh etməyib.

Talibanın sözçüsü Zabihulla Mücahid Pəncşirdə ağır döyüş olduğunu, dinc şəxslər arasında itki baş vermədiyini, silahlıların “tezliklə” hökuməti elan edəcəyini söyləyib.

Mücahid deyib ki, yeni hökumət sadəcə aralıq administrasiya olacaq, gələcəkdə mümkün dəyişikliklər oluna bilər.

Bu arada ölkənin şimalındakı Məzari-Şərif şəhərində onlarla qadın hüquqlarının qorunması tələbilə nümayişə çıxıb.

Etirazın təşkilatçısı AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, talibançılar nümayişçiləri və yürüşü işıqlandırmağa çalışan jurnalistlərə zorakılıqla dağıdıb.

Son günlər paytaxt Kabildə, qərbi Heratda da qadın hüquqlarının təbliği, bərabərlik, ədalət, demokratiya tələbilə oxşar yürüşlər keçirilib.

***

Qonşu İran sentyabrın 6-da Talibanın Pəncşir vadisində döyüşçülərə qarşı hərbi hücumunu “kəskin” pisləyib.

“Pəncşirdən gələn xəbər həqiqətən narahatlıq yaradır. Hücumu kəskin pisləyirik”, – İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə jurnalistlərə deyib.

***

Taliban Pəncşiri ələ keçirdiyini iddia edir

ƏMMC sözçüsü Meysəm Nazari də iddianı rədd edərək AzadAvropa/AzadlıqRadiosu-na Pəncşirdə döyüşlərin davam etdiyini deyib. Bu dağlıq vadidə 200 minədək insanın yaşadığı bildirilir.

Qrupun Twitter hesabında da deyilir ki, müqavimət qüvvələri “vadinin bütün strateji mövqelərində döyüşü davam etdirirlər”.

“Əfqanıstan xalqını əmin edirik ki, ədalət və azadlıq qələbə çalanadək Taliban və tərəfdaşlarına qarşı mübarizə davam edəcək”, - qrup bildirir.

Əfqanıstanda qızlar məktəbə gedir,Taliban hələlik heç nə demir
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Əhməd Məsudun çağırışı

ƏMMC başçısı Əhməd Məsud sentyabrın 5-də deyib ki, ilahiyyatçıların döyüşü dayandırmaq üçün danışıqlar planını dəstəkləyir. O, Talibanı Pəncşirdə hərbi əməliyyatları dayandırmağa çağırıb.

Taliban bu bəyanata reaksiya verməyib.

ƏMMC sentyabrın 5-də iki tanınmış döyüşçüsünün öldürüldüyünü də təsdiqləyib. Onlardan biri qrupun sözçüsü, tanınmış jurnalist Fəhim Dəşti, digəri isə komandir, general Əbdul Vudod Zaradır.

Müqavimət hərəkatına müxalifət qrupları, yerli döyüşçülər, əfqan təhlükəsizlik qüvvələrinin qalıqları daxildir.

Pəncşir həm vaxtilə sovet işğalına, həm də 1996-2001-ci illərdə Taliban idarəçiliyinə qarşı çıxıb.

***

Taliban Pəncşir vilayətinə nəzarəti tam ələ keçirdiyini iddia edir. Müqavimət qüvvələri isə bu iddianı rədd ediblər.

Taliban vilayətin telefonunu, internetini, elektrikini kəsdiyindən Pəncşirdə baş verənləri müstəqil təsdiqlətmək mümkün olmayıb.

Üç həftə öncə Əfqanıstanın əksər hissəsini zəbt edən Taliban avqustun 15-də Kabili də tutdu və Qərbin dəstəklədiyi hökumət iflas etdi.

Talibanın iddiası rədd edilir

O vaxtdan Əfqanıstan Milli Müqavimət Cəbhəsi (ƏMMC) Taliban idarəçiliyinə qarşı çıxır və Pəncşirdə ağır döyüşlər gedir.

Talibanın sözçüsü Zabihulla Mücahid sentyabrın 6-da bəyanat yayaraq Pəncşirin hazırda Taliban döyüşçülərinin nəzarətində olduğunu bildirib.

“Bu qələbə ilə ölkəmiz müharibə bataqlığından tam çıxmış oldu”, – Mücahid vurğulayıb.

ƏMMC sözçüsü Əli Meysəm isə iddianın “həqiqi olmadığını” deyib.

“Taliban Pəncşiri tutmayıb. Talibanın iddialarını rədd edirəm”, – o, BBC-yə söyləyib.

Sosial mediada yayılan fotolarda isə Taliban üzvlərinin Pəncşir vilayət valisinin Bazarakdakı iqamətgahı qarşısında dayandığı görünüb.

XS
SM
MD
LG