Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:34

Dünya gücləri İranı danışıqlara qaytarmaq üçün hərəkətə keçdilər


İbrahim Rəisi
İbrahim Rəisi

Beynəlxalq Atom Enerjisi Agentliyi bildirir ki, Tehran nüvə müfəttişlərinin İranın nüvə obyektlərinə girişinə blok qoyub

Birləşmiş Ştatlar xəbərdarlıq edib ki, İran və dünya gücləri arasında yarımçıq qalmış danışıqlara qayıdış üçün vaxt daralmaqdadır.

ABŞ dövlət katibi Entoni Blinkenin bu bəyanatından əvvəl sentyabrın 8-də İranın yeni mühafizəkar prezidenti İbrahim Rəisi BMT-nin atom agentliyinin hesabatında Tehrana yönəlmiuş ittihamları rədd etmişdi.

Beynəlxalq Atom Enerjisi Agentliyi bildirir ki, Tehran nüvə müfəttişlərinin İranın nüvə obyektlərinə girişinə blok qoyub.

Rəisi Avropa Şurasının prezidenti Şarl Mişellə telefon söhbətində demişdi ki, İranın sözü gedən agentliklə ciddi əməkdaşlığı Tehranın özünün nüvə fəaliyyətlərində şəffaf olacağının daha bir aydın göstəricisidir.

Hazırda Avropa İttifaqı 2015-ci il nüvə sazişıinin dirçəldilməsi məqsədilə aparılan danışıqlarda dünya gücləri ilə İrana arasında vasitəçilik edir.

Təşəbbüslərə Blinken başçılıq edir

Lakin elə bu məqamda diplomatik qarşıdurmanı Atom Enerjisi Agentliyinin rüblük məxfi hesabatına dair xəbərlərin yayılması qızışdırıb.

Hesabatda deyilir ki, Tehran nüvə müfəttişlərinin İranın nüvə obyektlərinə girişini əngəlləməkdə və üstəlik zənginləşdirilmiş uran ehtiyatını artırmaqda davam edir.

Blinken Almaniyaya səfəri əsnasında bu ölkənin xarici işlrə naziri Heyko Maasla birlikdə keçirdiyi mətbuat konfransında bu barədə deyib:

"Mən burda tarix qoymaq istəmirəm. Amma biz elə bir nöqtəyə yaxınlaşmaqdayıq ki, bu məqamda hətta Birgə Hərtərəfli Hərəkət Planının (2015-ci il sazişi - red) şərtlərinə qayıdış belə sazişin nəzərdə tutduğu faydaları verməyə bilər”.

Öz növbəsində Maas bildirib ki, o bu yaxınlarda İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla telefon söhbətində Tehranı çevik bir şəkildə danışıqlar masasına qayıtmağa çağırıb.

Berlin-Paris-Moskva

Berlin Vyanada çoxdan bəridir davam edən danışıq nəticələrinin Tehran tərəfindən dəstəklənməsini gözləyir, lakin Tehran “prosesin son dərəcə uzanmasından” gileylənir.

ABŞ və 2015-ci il sazişinin tərəfi olan Rusiyanın nümayəndələri sentyabrın 8-ə Moskvada müzakirələrə başlayıblar.

İkigünlük danışıqlarda İranın əsas mövzu olacağı gözlənilirdi.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, onun ABŞ nümayəndəsi Robert Mali ilə “xeyli uzun söhbəti” nəzərdə tutulub.

Ryabkov bildirib ki, onlar irəliləyişin əldə olunması üçün “bütün vəziyyəti” müzakirə etməlidirlər:

"Ortada çox sayda problem var və düzünü desəm, indi elə bir andır ki, səhvə yol verməmək son dərəcə mühümdür”.

Dövlət Departamenti bundan əvvəl bəyan etmişdi ki, Mali sentyabrın 7-10-da Moskvaya və Parisə səfər edərək avropalı və rusiyalı partnyorlarla nüvə sazişinin şərtlərinə tez bir zamanda qayıdış yollarını müzakirə edəcək.

Rəisinin əks-ittihamı

Keçmiş ABŞ prezidenti Donald Tramp 2018-ci ildə ölkəsini 2015-ci il sazişindən birtərəfli qaydada çıxarmış və bununla da İran iqtisadiyyatını boğan sanksiyalar yenidən işə düşmüşdü.

Tehran buna özünün nüvə sazişi üzrə öhdəliklərindən mərhələ-mərhələ geri çəkilməklə cavab vermişdi.

Lakin prezident Co Baydenin administrasiyası sözü gedən sazişin dirçəldilməsi məqsədilə aprel və iyun ayları arasında Vyanada gedən danışıqlara qoşulmuşdu.

Bu danışıqlarda ABŞ və İran nümayəndələri bir masa arxasında oturmurlar və vasitəçiliyi Avropa İttifaqı edir.

İndiyədək sözü gedən danışıqların 6 raundu keçirilib.

Beynəxalq Atom Enerjisi Agentliyinin hesabatında deyilirdi ki, Tehran nüvə müfəttişlərinin işinə “ciddi şəkildə əngəl yaradıb”.

Buna cavab olaraq Rəisi sentyabrın 8-də deyib:

"Əlbəttə agentliyin yanaşması qeyri-konstruktivdir. Belə olduqda İrandan konstruktiv cavab gözləmək düzgün olmazdı. Üstəlik bu qeyri-konstruktiv yanaşma danışıqlar prosesini pozur”.

XS
SM
MD
LG