Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:38

Ukrayna Rusiya ilə viza rejiminə keçir


İyunun 17-də Ukrayna hökuməti “Ukrayna və Rusiya hökumətləri arasında Ukrayna və Rusiya vətəndaşlarının qarşılıqlı vizasız səfərlərinə dair sazişi” dayandıran qətnamə qəbul edib

Ukrayna iyulun 1-dən ölkəyə səfər etmək istəyən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək.

Bu barədə iyunun 17-də prezident Volodimir Zelenski bəyanat verib.

Zelenskinin sözlərinə görə Kiyev bu addımı Ukraynanın milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlyününə Rusiya tərəfindən misli görünməmiş hədələrə görə atır.

Moskva Kiyevin bu qərarına hələki münasibət bildirməyib.

Hazırkı qaydalara görə rusiyalılar Ukraynaya vizasız səfər edə və bir dəfəyə 90 günədək bu ölkədə qala bilərdilər.

“Əlaqələri birdəfəlik kəsirik”

Bu il fevralın 24-də Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hücumuna görə Kiyev Moksva ilə bütün dioplomatik münasibətlərini kəsib.

Ukrayna diplomatları Rusiyanı tərk ediblər.

Rusiya vətəndaşlarına vizanın hansı dövlət qurumu tərəfindən veriləcəyi hələ açıqlanmayıb.

Rusiya ilə viza rejiminə keçidə dair petisiya Ukrayna prezidentinin saytında hələ fevralın 11-də dərc olunmuşdu.

Petisiyaya imza atanların sayı məsələyə baxılması üçün zəruiri olan 25 min nəfəri çoxdan keçmişdi.

İyunun 17-də Ukrayna hökuməti “Ukrayna və Rusiya hökumətləri arasında Ukrayna və Rusiya vətəndaşlarının qarşılıqlı vizasız səfərlərinə dair sazişi” dayandıran qətnamə qəbul edib.

Baş nazir Denis Şmıqal deyib ki, hökumət bu qətnaməsi ilə prezidentin sərəncamını icra edib.

Qətnamədə deyilir: “Rusiya ilə əlaqələri birdəfəlik kəsirik”.

XS
SM
MD
LG