Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 00:40

Türkiyə həm də SOCAR vasitəsilə Rusiyadan neftin idxalını artırıb


Prezidentlər Vladimir Putin və Recep Tayyip Erdoğan (Arxiv fotosu)
Prezidentlər Vladimir Putin və Recep Tayyip Erdoğan (Arxiv fotosu)

Refinitiv Eikon saytının məlumatına görə Türkiyə bu il Rusiyadan neft idxalını iki dəfə artırıb.

NATO üzvü Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb və Moskva ilə sıx enerji əməkdaşlığını davam etdirir.

Reuters agentliyi yazır ki, Avropa şirkətlərindən fərqli olaraq Türkiyə şirkətlərinə Rusiya ilə əməkdaşlıq qadağan olunmayıb və Ankara Moskva üçün Avropanı getdikcə daha çox əvəzləməyə başlayıb.

Türkiyə Rusiyadan bu il günə 200 min barreldən çox Urals və Siberian Light markalı neft idxal edib, halbuki bu rəqəm 2021-ci il üçün günə 98 min barrel idi.

Türkiyənin Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmamasının bir səbəbi də Ankaranın Moskvadan enerji asılılığıdır.

Putinlə Erdoğanın sövdələşməsi

Reuters yazır ki, prezidentlər Vladimir Putin və Recep Tayyip Erdoğan avqustun əvvəllərində görüşərək iki ölkə arasında biznes əməkdaşlığını genişləndirmək barədə razılığa gəliblər.

Bu da qeyd olunur ki, Türkiyənin əsas neft emalı şirkəti Tupras və Azərbaycanın SOCAR şirkətinin STAR neft emalı firması bu il Ural və Sibir neftinin idxalını artırıblar.

Bu şirkətlər bunun əvəzində Şimal dənizi, İraq və Qərbi Afrika markalı neftin idxalını azaldıblar.

Reuters yazır ki, son bir neçə ildə STAR şirkəti Norveçdən Johan Sverdrup markasının və İraq neftinin qəbulunu artırmışdı. Bu neft markaları keyfiyyətinə görə Rusiyanın Ural neftinə yaxındır.

Avropa ölkələrinin enerji problemi
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Yalnız biznes, başqa heç nə

Bu il Rusiya neftinin qiymətləri Brent markasından olan neftlə müqayisıədə kəskin düşüb, əksinə Şimal dənizi və İraq markalarının qiymətləri artıb.

Proqnoz göstəricilərə görə STAR bu ilin yanvarından avqustunadək Rusiyadan günə 90 min barrel neft idxal edib.

Bu rəqəm ötən ilin müvafiq dövründə günə 48 min barrel idi.

Eyni proqnoz göstəricilərə görə Tupras bu ilin yanvarından avqustunadək Rusiyadan günə 111 min barrel neft almış olacaq.

Bu rəqəm ötən ilin müvafiq dövründə günə 45 min barrel idi.

Aralıq dənizi neft bazarından bir tacir Reuters-ə deyib ki, Türkiyə neft emalı şirkətlərinin Rusiya neftini almaq üçün məhdudiyyəti yoxdur.

Adının çəkilməsini istəməyən bu treyder deyib ki, Türkiyə Ural neftindən xeyli gəlir götürür.

Reuters yazır ki, Türkiyənin Enerji Nazirliyi, Turpas və SOCAR şirkətləri onun sorğularına cavab verməyiblər.

XS
SM
MD
LG