Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:00

Aİ səfirləri Ermənistana missiya göndərmək barədə razılığa gəliblər


Ermənistan-Azərbaycan sərhədində avropalı müşahidəçilər: Yerevanda bunu öz uğurları sayırlar
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Ermənistan-Azərbaycan sərhədində avropalı müşahidəçilər: Yerevanda bunu öz uğurları sayırlar

Bu missiya tərəflər arasında etimadın gücləndirilməsinə və sərhədin delimitasiyasına kömək etməlidir.

Avropa İttifaqına üzv ölkələrin nümayəndələri Ermənistana Azərbaycanla sərhəd boyunca yerləşdiriləcək mülki missiyanın göndərilməsi barədə razılığa gəliblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun diplomatik mənbələrə istinadən yazır ki, bu barədə qərar oktyabrın 11-də Avropa İttifaqının mülki işlər və təhlükəsizlik komitəsinin qapalı iclasında qəbul edilib.

Bu missiya tərəflər arasında etimadın gücləndirilməsinə və sərhədin delimitasiyasına kömək etməlidir.

Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcək müşahidəçilərdən Gürcüstanda da var. Effektivdirmi?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Mənbələrin verdiyi məlumata görə müşahidə missiyasına 50 nəfər daxil olacaq. Bunların hansı ölkələri təmsil edəcəkləri haqqında məlumat verilmir.

Bu missiyanın mühümlüyü barədə oktyabrın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar demişdi.

Ermənistana mülki missiyanın göndərilməsinə dair razılaşma ötən həftə Praqada Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı liderlərinin danışıqlarının nəticələrinə görə qəbul olunmuşdu.

Ermənistan öz sərhədi boyunca Aİ mülki missiyasının yerləşdirilməsinə razılığını bildirmiş, Bakı isə bəyan etmişdi ki, bu missiya ilə yalnız Azərbaycana aid məsələlərdə əməkdaşlıq edəcək.

Bu da qeyd olunur ki, Aİ-nin mülki missiyası habelə Azərbaycan və Ermənistan arasındakı sərhədin delimitasiya və demarkasiyası ilə məşğul olan komissiya üçün hesabatlar hazırlayacaq.

Moskva narazıdır

Bu arada Moskva Brüsseli nəyin bahasına olursa olsun Azərbaycan-Ermənistan tənzimləməsinə “soxulmaq cəhdində” ittiham edib.

Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova oktyabrın 11-də keçiridiy brifinqdə bu barədə deyib:

“Biz buna təəssüf ki, Avropa İttifaqının istənilən vasitə ilə Azərbaycan və Ermənistan arasında tənzimləməyə soxulmaq, bizim ölkəmizin vasitəçilik səylərini sıxışdırmaq cəhdi kimi qiymətləndiririk”.

Zaxarova vurğulayıb ki, “Bakı və Yerevan arasında barışığın, regionda möhkəm sülh və uzunmüddətli sabitliyin yeganə açarı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam icra olunmasıdır”.

Ermənistanda ehtiyatda olan hərbçiləri toplanışa çağırırlar
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG