Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:45

Rusiya Xersondan çəkilir? – videolar


Xersondan evakuasiya olunan sakinlər
Xersondan evakuasiya olunan sakinlər

Oktyabrın 10-da Rusiya sosial mediasında hərbi avadanlığın daşındığı bərə görünür. Özünü Ukraynanın Luhansk vilayətindən Makar Teplinski kimi təqdim edən şəxs “gedirik” deyir. Arxadan bir səs soruşur ki, “indi bunu kimə göstərirsən?”

Xerson vilayəti ərazisində, Dnepr çayının sağ sahilindən Rusiya əsgər və avadanlığının tədricən çıxarıldığı, bu bərənin də bu çəkilmənin tərkib hissəsi olduğu bildirilir. Ukrayna qüvvələri Rusiyanın işğalı altında olan cənubi Xerson vilayətində irəliləyir. AzadlıqRadiosu geolokasiya, peyk təsvirləri vasitəsilə videonun həqiqiliyini təsdiqləyib.

AzadlıqRadiosunun rus xidməti Ukrayna xidmətinin “Sxemlər” araşdırma layihəsi ilə birlikdə Xersonda Rusiya qüvvələrinə təzyiqin artdığını üzə çıxarıb.

'İydən boğuluruq': Broyler təsərrüfatını kəndin ortasında kim tikib?
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Cənuba və şərqə doğru

Ekspertlərin fikrincə, bu irəliləyiş Xerson şəhərini geri almaq cəhdləri ilə sonuclana bilər. Rusiya fevralın 24-də Ukraynaya hərbi təcavüzə başlayandan Xerson işğal olunmuş yeganə vilayət paytaxtıdır. Bu şəhərin yenidən ələ keçirilməsi Ukrayna üçün böyük taktiki qələbə, Rusiya komandirləri və Prezident Vladimir Putin üçün biabırçılıq olar.

Ukrayna avqustdan başlayaraq ABŞ və digər Qərb ölkələrinin verdiyi dəqiq silahlarla Rusiyanın Xersondakı təchizat xətlərini və komandanlıq punktlarını hədəfə alır. Dnepr çayı üzərindəki körpülər də bu hədəflər sırasındadır.

Artilleriyanın köməyilə başladılmış quru hücumu isə Dnepr çayının qərb sahili boyunca cənuba doğru irəliləyir, Rusiya hərbçilərini çay boyunca cənuba və şərqə çəkilməyə vadar edir.

Bir müddət öncə Ukrayna qüvvələri Xarkov vilayətində onlarla şəhərə nəzarəti ələ alıb, Donetsk vilayətindəki Lıman şəhərini işğaldan azad edib.

Evakuasiya

Ancaq ölkənin şərqində əkshücum artıq səngiyib, buna Ukrayna qüvvələrinin yenidən qruplaşmasının, yaxud rusiyalıların daha sərt müqavimətinin səbəb olduğu bəlli deyil. Bir səbəb isə Ukrayna qüvvələrinin Xersona fokuslanması ola bilər.

Oktyabrın 19-da axşam Ukraynanın mövqelərinin Kozatske kəndi və Nova Kaxovka şəhərindən 40 km-də olduğu deyilirdi. Elə həmin gün Xerson sakinlərinə təcili evakuasiya ilə bağlı SMS gəlib, Ukrayna ordusunun potensial hücumları əsas gətirilib. “Ailənizi xilas edin, sol sahilə keçin”, – yayılan vərəqələrdə yazılıb.

Xersona Rusiyanın təyin etdiyi administrasiyanın başçı müavini Kiril Stremusov video çıxışında deyib ki, “yaxın gələcəkdə Xerson döyüşü başlanacaq. Xerson şəhəri qalaya çevrilir”, – o, sözlərinə əlavə edib.

Əlavə təsvirlər

Dnepr çayı üzərindəki körpülərin hədəfə alınması Rusiya ordusunu müvəqqəti pantun körpülərdən, əldəqayırma bərələrdən asılı vəziyyətə salıb.

AzadlıqRadiosunun Teplinskinin videosundakı bərənin Dnepr çayının sağ sahilində, Kozatske yaxınlığında olduğunu müəyyənləşdirib. Bərə kanalın ağzına, kəndi sol sahildəki Nova Kaxovkayla birləşdirən yerə gedir.

Radionun oktyabrın ilk həftəsində “Planet Labs” özəl şirkətindən əldə etdiyi bir sıra peyk təsvirləri də həmin yerdən bir neçə bərənin keçdiyini göstərir. Sonuncu dəfə Nova Kaxovkadan Kozatskeyə gedən, hərbi avadanlıq dolu bərə oktyabrın 4-də peyk təsvirinə düşüb. Oktyabrın 5-də isə onun yüklə dolu vəziyyətdə Nova Kaxovkaya qayıtdığı görünür.

2 minlik qüvvə

Ukrayna ordusunun oktyabrın 21-də yaydığı məlumata görə, Rusiya Xerson vilayətinin müdafiəsinə minlərlə yeni səfərbər olunmuş əsgər göndərib.

Baş Qərargah Xersona 2 minədək rusiyalının göndərildiyini, eyni zamanda işğal hakimiyyətinin “bank qurumları”, Rusiya tibb işçiləri və müəllimlərinin evakuasiyasına hazırlaşdığını bildirib.

Ukrayna Rusiya qüvvələrini Dnepr çayının şərqinə sıxışdırmağa çalışır. Hazırda Rusiya əsgərləri Xerson şəhərinin yerləşdiyi qərb sahildədirlər, onların təchizat xətlərinin kəsilməsinə az qaldığı bildirilir.

Xerson Putinin sentyabrın 30-da ilhaqını elan etdiyi dörd vilayətdən biridir. Kiyev və Qərb bu ilhaqı qanunsuz sayır. Putin oktyabrın 19-da Xerson, Luhansk, Donetsk və Zaporojyedə hərbi vəziyyət elan edib.

XS
SM
MD
LG