Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 06:46

Ukraynaya müasir NASAMS və Apside sistemləri gətirilib


Niderlandın NASAM hava hücumundfan müdafiə sistemi
Niderlandın NASAM hava hücumundfan müdafiə sistemi

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Ukraynaya ABŞ istehsalı NASAMS və Apside hava hücumundan müdafiə sistemləri gətirilib.

Nazir noyabrın 7-də yazır ki, bu müasir silahlar Ukraynaya Rusiyanın raket və dron zərbələrindən daha yaxşı müdafiə olunmaq imkanı verməlidir:

"Bu silhalar Ukrayna ordusunu əhəmiyyətli dərəcədə möhkəmləndirəcək və səmalarımızı daha təhlükəsiz edəcək”.

Reznikov yazdığı tvitdə hansı sistemlərin hansı ölkədən gətirildiyini açıqlamasa da, “Norveç, İspaniya və ABŞ partnyorlarına” təşəkkürünü bildirib.

4.5 milyon istehlakçı işıqsız qalıb

Prezident Volodimir Zelenski ukraynalılara deyir ki, ölkənin bir hissəsi dağıdılmış enerji infrastrukturuna Rusiya qüvvələrinin əlavə zərbələr endirməsinə hazır olsunlar. Kiyevin meri isə paytaxt sakinlərinə xəbərdarlıq edib ki, elektriksiz və susuz qalacağı halda şəhərdən müvəqqəti çıxmağı nəzərdən keçirsinlər.

Zelenski noyabrın 6-da gecə müraciətində qeyd edib ki, Rusiya “qüvvələrini cəmləyir və infrastrukturumuza kütləvi hücumların təkrarlanması mümkündür. İlk növbədə söhbət enerjidən gedir”.

Kliçkonun müraciəti

Onun sözlərinə görə, 4.5 milyondan çox istehlakçı artıq elektriksiz qalıb. Bu arada müharibə enerji və ərzaq qiymətlərinə təsir göstərdiyi bir vaxtda Ukraynaya dəstəyin azalacağından narahatlıq var.

Kiyevin meri Vitali Kliçko isə daha öncə paytaxtın susuz və işıqsız qalacağını istisna etməyib. Mer bunun qarşısını almaq üçün “hər şey” etdiklərini vurğulayıb.

Son bir ayda Rusiya ordusu Ukraynanın enerji infrastrukturunu hədəfə alıb. Ölkədə elektrik kəsilir, yaxud qrafik üzrə söndürülür. Noyabrın 6-da Kiyevin bəzi yerlərində və ətraf vilayətdə elektrik təchizatı rotasiya ilə bir saatlığa kəsilib.

Kiyevdə minədək isitmə məntəqələri yaradılması planlaşdırılır, ancaq bunun 3 milyon əhalisi olan şəhər üçün yetərli olub-olmayacağı bilinmir.

Ukrayna qüvvələri cənubda irəliləyir

Bu arada Ukrayna qüvvələrinin ölkənin cənubunda irəliləməsi xəbərləri gəlir. Rusiyanın işğalı altında olan Xerson şəhərinin sakinləri mümkün qədər tez evakuasiya olunmaqla bağlı mesaj alıblar.

Rusiya sentyabrın 30-da Xersonu daha 3 vilayətlə birlikdə ilhaq edib. Hazırda Rusiya qüvvələri Ukraynanın vilayətin eyniadlı paytaxtını geri almağı hədəfləyən əkshücumuna hazırlaşırlar.

Kremlin təyin etdiyi administrasiya artıq Xersondan onminlərlə sakini çıxarıb.

Rusiya xəbər agentliklərinin noyabrın 6-da yaydığı məlumata görə, Ukrayna qüvvələri Rusiyanın tutduğu, Dnepr çayı üzərindəki Nova Kaxovka bəndini dağıdıblar. Ancaq buna sübut göstərilməyib.

XS
SM
MD
LG