Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 23:31

'Rusiyanın məqsədi Vardanyanı Qarabağda saxlamaq deyil...'


Ruben Vardanyan
Ruben Vardanyan

Son vaxtlar Ermənistan mətbuatında qondarma Artsaxın "konstitusiya"sına dəyişikliklərin edilməsi, referendum keçirilməsi və "prezident"inin səlahiyyətlərinin azaldılması ilə bağlı hazırlıq getməsinə dair məlumatlar yer alır.

Oktyabrda isə qondarma respublikada bələdiyyə seçkiləri keçirilib, həmçinin milyarder Ruben Vardanyan "dövlət naziri" təyin edilib.

Ruben Vardanyan: 'Ermənistan bizim əvəzimizə qərar verə bilməz'
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

Ötən həftə Prezident İlham Əliyev R.Vardanyanı Qarabağa Rusiyanın göndərdiyini demişdi. Vurğulamışdı ki, oradakı ermənilərlə danışmağa hazırdır, amma Vardanyanla yox.

Qarabağdakı erməni separatçılarının liderlərindən biri, "xarici işlər naziri" kimi təqdim olunan David Babayan isə Azərbaycan Əliyevin noyabrın 17 verdiyi bəyanata cavab olaraq deyib ki, onlar danışıqlara yalnız beynəlxalq formatda, vasitəçilərin iştirakı ilə hazırdırlar.

Noyabrın 18-də isə Vardanyan özünü danışıqlarda Qarabağın elçisi kimi gördüyünü bildirmişdi.

R.Musabəyov
R.Musabəyov

"Kağız yazırlar, seçki elan edirlər…"

Milli Məclisin deputatı Rasim Musabəyov "Turan"a bildirib ki, separatçıların Qarabağda etdiklərinin heç bir əhəmiyyəti yoxdur: "Kağız yazırlar, seçki elan edirlər – bütün bunların heç bir əhəmiyyəti yoxdur".

Rusiyanın bu prosesdə iştirakı məsələsi ilə bağlı deputat qeyd edib ki, Qarabağda həmin ölkənin iki min hərbçisi yerləşib: "Rusiya oradakıları himayə edir və orada hər şey Rusiyanın çubuğu ilə idarə olunur. Belə olan halda biz nə Rusiya ilə bu barədə danışmaq fikrindəyik, nə də Rusiyanın ora hər hansı bir şəkildə göndərdiyi adamla".

R.Musabəyov vurğulayıb ki, Azərbaycan bu məsələdə nə lazımdırsa, hamısını edir və edəcək.

A.Qasımlı
A.Qasımlı

"Rusiyanın əli var"

Siyasi şərhçisi Azər Qasımlı da AzadlıqRadiosuna bildirib ki, postsovet məkanında bu tipli proseslərin hamısında Rusiyanın əli var: "Həmişə olub və heç vaxt səngiməyib. Rusiyanın hərbi kontingentinin Qarabağda yerləşməsindən sonra bu daha da güclənib".

Ekspertin sözlərinə görə, heç kəs üçün sirr deyil ki, Vardanyanı məhz Kreml Qarabağa göndərib: "Kremlin bu məsələlərə rəsmi münasibəti ondan ibarətdir ki, biz proseslərə qarışmırıq və Qarabağda yaşayan ermənilər istədikləri kimi yaşaya, özləri qərar verə bilərlər, biz burada sadəcə əmin-amanlığı, atəşkəsi təmin edirik. Amma aydındır ki, proseslərə nəzarət edən, bütün bu prosesləri yaradan bunlardır".

Paşinyandan Azərbaycana sülh təklifi
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Paşinyana alternativ?

A.Qasımlının fikrincə, hazırda Rusiyanın niyyəti odur ki, qondarma qurumda Araik Arutyunyanın səlahiyyətlərini azaldaraq Ruben Vardanyanın səlahiyyətlərini artırsın: "Bununla da Vardanyanı bir fiqura çevirmək istəyirlər. İndi İlham Əliyev də deyir ki, biz Vardanyanın orada olmasını istəmirik. Amma o da çox gözəl bilir ki, Rusiyanın məqsədi Vardanyanı Qarabağda saxlamaq deyil, çünki Rusiya onsuz da Qarabağa nəzarət edir. Rusiyanın məqsədi Vardanyanı bir ulduza çevirib Ermənistana göndərmək və Nikol Paşinyana alternativ yaratmaqdır".

Bu fikirlərə, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma Rusiya rəsmiləri, bir qayda olaraq, deyirlər ki, onların məqsədi Qarabağda sülhü təmin etməkdir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG