Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:36

Qətər Dünya kubokuna görə ‘400-500 arası’ fəhlənin öldüyünü deyir


Qətərdə futbol üzrə dünya çempionatı keçirilir
Qətərdə futbol üzrə dünya çempionatı keçirilir

Qətərin aparıcı rəsmisi deyir ki, ölkədə futbol üzrə Dünya Kubokunun təşkili ilə əlaqədar “400-500 arası” fəhlə ölüb. “AP” bu sayın Dohanın daha öncə göstərdiyi rəqəmdən kəskin yuxarı olduğunu yazır.

Qətərdə bu çempionatın təşkilinə cavabdeh ali komitənin baş katibi Həsən əl-Tavadi britaniyalı jurnalist Piers Morqanla müsahibəsində sözügedən rəqəmi dilə gətirib.

Tənqidlər

İnsan haqları qrupları Dünya Kubokunun təşkilinin miqrantlar arasında səbəb olduğu itkini indiyədək tənqid ediblər. Qətərdə çempionatdan ötrü 200 milyard dollara stadion, metro xətləri, yeni infrastruktur tikilib.

Jurnalistin çempionatla bağlı miqrant fəhlələr arasında real ölü sayı ilə bağlı sualını əl-Tavadi belə cavablandırıb: “Təxminən 400-ə yaxın, 400-500 arasıdır. Məndə dəqiq rəqəm yoxdur. Bu məsələ müzakirə olunur”.

Ali Komitənin 2014-cü ildən 2021-ci ilin sonunadək açıqladığı hesabatlarda stadionların tikintisi və yenidənqurulmasında işləyənlər arasında ölü sayının 40 olduğu göstərilir. Qətər bu ölümlərin 37-ini işlə bağlı olmayan insidentlər adlandırır, məsələn ürək tutması kimi səbəblərdən baş verdiyini deyir. Yalnız üç nəfərin iş yerində öldüyü qeyd olunur. Bir fəhlənin isə koronavirus pandemiyası dövründə virusdan öldüyü xəbər verilib.

Uşaq futbolunun qarşısında ən böyük maneə...
Gözlə

No media source currently available

0:00 0:05:15 0:00

Komitənin sonradan yaydığı bəyanat

Ali Komitə isə daha sonra yaydığı bəyanatda bildirib ki, əl-Tavadi 2014-2020-ci illərdə Qətər boyunca işlə bağlı bütün ölüm hallarını (414) nəzərdə tutub, yəni, bu saya bütün sektorlar və millətlərdən itkilər daxildir.

FIFA 2010-cu ildə 2022-ci il Dünya Kubokunun Qətərdə keçiriləcəyini açıqlayandan bu ölkə iş qaydalarını təkmilləşdirmək yönündə tədbirlər görüb.

İnsan haqları qrupları isə Qətərin düzgün məlumat açıqlamasının gərəkdiyini bildirirlər.

“FIFA və Qətər çox suallara cavab verməlidirlər, bu adamlar harada, nə zaman, necə ölüblər, ailələri kompensasiya alıbmı”, – Londonda yerləşən, Yaxın Şərqdə miqrant işçilərin hüquqlarını müdafiə edən “Fairsquare” təşkilatından Nikolas Makgihan (Nicholas McGeehan) deyib.

XS
SM
MD
LG