Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:46

Rusiya, Azərbaycan və Ermənistan ATƏT-in büdcəsini bloklayır


ATƏT-in Vyanadakı qərargahı
ATƏT-in Vyanadakı qərargahı

ABŞ-ın Foreign Policy jurnalı yazır ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı amansız müharibəyə başlayandan doqquz ay sonra, indi də diplomatik cəbhədə başqa bir dağıdıcı həmləyə keçib.

Vyanadakı Qərb diplomatları bildirirlər ki, Rusiya son səkkiz ay ərzində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) normal fəaliyyətinə əngəl olub.

Soyuq Müharibə dövründə yaradılmış ATƏT Şərq və Qərb arasında dialoq üçün yeganə platformadır.

Təşkilat Ukrayna və Gürcüstanda, habelə Qarabağ və Dnestryanı bölgələrində münaqişələrin tənzimlənməsində mühüm rol oynayıb.

Lakin indi Rusiya ATƏT-in büdcəsinə və təşkilatın 2024-cü ildəki sədrliyinə dair qərarların qəbulunu bloklayır.

Rusiya bundan əvvəl ATƏT-in Ukraynadakı əməliyyatlarının mandatını uzatmaqdan imtina edib.

FP yazır ki, ATƏT-in işini pozmaq Rusiya üçün çətin deyil, çünki bu təşkilatda bütün qərarlar bütün 57 üzv ölkənin razılığı – konsensusu ilə qəbul edilir.

Məqalədə deyilir ki, ATƏT hazırda Birləşmiş Ştatları, Kanadanı, bütün Avropa ölkələrini, Rusiya da daxil bütün keçmiş Sovet İttifaqı respublikalarını bir araya gətirən yeganə təhlükəsizlik strukturudur.

Azərbaycan və Ermənsitan niyə?

Təşkilatın təhlükəsizliyə yanaşması yalnız hərbi-siyasi aspektlərlə deyil, həm də demoktratik islahatlara, insan haqlarına, milli azlıqların hüquqlarına və antikorrupsiya fəaliyyətlərinə dəstəklədir.

ATƏT habelə ABŞ da daxil 57 üzv ölkənin seçkilərində monitorinq missiyalarını yerinə yetirir.

FP yazır ki, indi bütün bu fəaliyyətlər Rusiyaya görə iflic ola bilər.

Rusiya isə ATƏT-in öz fəaliyyətində təhlükəsizlikdən daha çox siyasi məsələlərlə - demokratiyaya, insan haqlarına müdaxilə ilə məşğul olmasını kəskin tənqid edir.

İranda etirazçılar millinin məğlubiyyətini bayram kimi qarşıladı
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Moskva habelə ATƏT-i Ukraynanın rusdilli əhalisinin hüquqlarına biganəlikdə günahlandırır.

Rusiyanın ATƏT-in fəaliyyətinə törətdiyi ən təhlükəli əngəl isə bundan ibarətdir ki, o ötən 12 ay ərzində təşkilatın 2022-ci il üçün 138 milyon avroluq (143 milyon dollar) büdcəsi ilə razılaşmır.

FP yazır ki, indi bu əngəldə Rusiyaya, çox ehtimal bir-birlərinə ziyan vurmaq məqsədilə Ermənistan və Azərbaycan da qoşulublar. Onlar da ATƏT-in büdcəsini təsdiq etməkdən boyun qaçırırlar.

Qarabağda Ərdoğan və Əliyevə bağlı şirkətlər...
Gözlə

No media source currently available

0:00 0:06:31 0:00

Yaranmış dalandan çıxış varmı?

Bu da qeyd olunur ki, təsdiq olunmamış büdcə ilə ATƏT son bir il ərzində yalnız məhdud çərçivədə fəaliyyət göstərə bilib.

Büdcənin təsdiq olunmaması o deməkdir ki, ATƏT mümkün geosiyasi böhranlara lazımınca müdaxilə edə bilməyəcək.

FP yazır ki, yaranmış dalandan çıxış yollarından biri də ATƏT ölkələrinin spesifik layihələrə büdcədən əlavə vəsait töhfəsi ola bilər.

Lakin ekspertlərin fikrincə, bu, ən yaxşı halda keçid dövrü üçün çıxış yolu ola bilər.

ATƏT-in 2024-cü il üçün sədrliyi məsələsi də açıq qalır. Estoniyanın namizədliyi mübahisələrə və uzun-uzadı danışıqlara səbəb olub.

Sədrliyə növbəti namizəd kimi Qazaxıstan, İspaniya və Türkiyə də daxil bir neçə ölkənin adları hallandırılır.

XS
SM
MD
LG