Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:47

İranlı siyasi məhbus BMT-yə səs mesajı göndərib


Xalid Purzadə
Xalid Purzadə

İranlı siyasi məhbus BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cəvaid Rəhmana həbsxanada ona verilmiş işgəncələr barədə səs mesajı göndərib.

Keçmiş kulturizm çempionu Xalid Pirzadə 2019-cu ilin iyunundan bəri Əhvaz Mərkəzi Həbsxanasında saxlanır.

O Cəvaid Rəhmana mesajında bildirir ki, onunla qəddar rəftar nəticəsində çoxsaylı bədən xəsarətləri alıb.

Pirzadə deyib ki, İran hakimiyyətinin insan haqları haqqında dediyi böyük yalandır:

“Mən sizinlə İrandakı zülm və tiraniya məhbəsindən danışıram. İslam Respublikasının qəddar agentlərinin mənə vurduğu xəsarətlərə görə 16 aydan çoxdur ki, Əhvaz Mərkəzi Həbsxanasının xəstəxanasındayam”.

127 kilodan 57 kiloya

Məhbus bildirib ki, onun fəqərə sütunu və sol ayağı sınıb. O əlavə edib ki, böyrək çatışmazlığından, həzm sistemindəki və ürəyindəki problemlərdən iztirab çəkir.

Pirzadənin sözlərinə görə bütün bunların nəticəsində çəkisi 127 kilodan 57 kiloya düşüb.

Məhbus bildirir ki, İran ədliyyəsi və həbsxana rəhbərliyi onun kənarda müalicə almasına icazə vermir.

O qeyd edir ki, onu həbsxana xəstəxanasına köçürsələr də, səhhəti barədə saxta sənədlər tərtib olunub.

Həbs tarixçəsi

Pirzadə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən 2018-ci ilin iyununda həbs olunub.

Daha sonra Tehran İslam İnqilabı Məhkəməsi ona “ölkə təhlükəsizliyinə qarşı qəsd” və “ölkə rəhbərliyinin təhqir edilməsi” ittihamları ilə 7 il iş kəsib.

Yuxarı məhkəmə instansiyaları bu hökmü qüvvədə saxlayıb.

Onu əvvəlcə Tehrandakı bədnam Evin həbsxanasında saxlayırdılar. Lakin o sonradan ailəsindən çox uzaqda İranın cənub-şərqindəki Əhvaz həbsxanasına köçürülüb.

Son illərdə Pirzadə saxlanma şəraitinə etiraz olaraq bir neçə dəfə aclıq aksiyası elan edib. Amma İran ədliyyəsi və həbsxana rəhbərliyi onun tələblərini rədd edib.

XS
SM
MD
LG