Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 12:59

Zelenskinin administrasiyası Arestoviçin istefasını qəbul edib


Aleksey Arestoviç
Aleksey Arestoviç

Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiyası yanvarın 17-də Aleksey Arestoviçin istefa ərizəsini qəbul edib.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, prezidentin müşaviri Aleksey Arestoviç istefa ərizəsi yazıb. O bu haqda Facebook-da yazıb.

“Sivil davranış nümunəsi göstərmək istəyirəm: prinsipial səhv istefa deməkdir”, – o yazıb.

Arestoviç həmçinin prezident aparatının rəhbəri Andrey Yermakın adına yazdığı ərizənin surətini də yayıb.

+++

Ukrayna parlamenti – Verxovna Radanın deputatı Aleksey Qonçarenko deyib ki, Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviçin vəzifəsindən azad edilməsi üçün tələbnaməyə imza toplanmasına başlanıb.

Deputat bildirib ki, o habelə Arestoviçin dövlətə xəyanət əməli törətməsinin araşdırılması üçün Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) müraciət edib.

Qonçarenkonun fikrincə hakimiyyət “Arestoviçin hərbi mövzuda fantaziyalarının prezident administrasiyasının mövqeyinə dəxli olmadığına” dair rəsmi bəyanat verməlidir.

Yanvarın 16-da Verxovna Radanın daha bir neçə deputatı Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Yermaka müraciət edərək onu rəsmi mövqeyi Arestoviçin mövqeyindən fərqləndirməyə çağırıb.

Millət vəkillərinin fikrincə Arestoviçin hərəkətləri ölkəyə ziyan vurur. Onlar xatırladıblar ki, Arestoviçin Dnepr şəhərindəki yaşayış binasına raket düşməsinə dair verdiyi açıqlama Rusiya rəsmilərinə və Kreml təbliğatçılarına faciənin Ukraynanın öz təqsirindən törəməsinə dair hay-küy qaldırmaq imkanı verib.

Britaniya Ukraynaya son model tanklar göndərir
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Arestoviçin ehtimalı

Arestoviç YouTube kanalı ilə ənənəvi müsahibəsində ehtimal etdiyini bildirmişdi ki, Rusiyanın atdığı ağır raket Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduqdan sonra yaşayış binasının üstünə düşərək partlayıb.

Ukrayna Müdafiə Nazirliyi Arestoviçin bu bəyanatını dərhal rədd edərək bildirib ki, raket birbaşa yaşayış binasını vurub.

Ukrayna hərbçilərinin verdiyi məlumata görə Rusiya Dneprdəki doqquzmərtəbəli yaşayış binasını Tu-22 bombardmançısından atılan X-22 qanadlı raketi ilə vurub.

Belə raketlərdən əsasən təyyarədaşıyan gəmilər kimi böyük obyektlərin vurulması üçün istifadə olunur.

Dnepr şəhərinin meri Boris Filatov demişdi ki, böyük bir ehtimalla Rusiya təyyarəsi Dnepropetrovsk İstilik Elektrik Stansiyasını vurmaq istəyib, amma nişanalma sistemindəki yanlışlığa gərə zərbə binanı hədəfləyib.

Ukrayna hərbiyyəsi bildirir ki, Kiyev saatda 4000 kilometr sürətlə uçan bu tip raketləri vurmaq üçün müdafiə sisteminə malik deyil.

Zelenski qədər populyar sözçü

Daha sonra Arestoviç efir vaxtı yorğun və yuxulu olduğunu, səhv etdiyini desə də, sonradan üzrxahlığını geri götürmüş və demişdi iki, o sadəcə olaraq versiyalardan birini səsləndirib.

Buna baxmayaraq Ukrayna prezidenti aparatının müşaviri Arestoviçin sözləri böyük hiddət və qalmaqala səbəb olub.

Dnepr şəhərinin meri Arestoviçi “özünəməftun heyvan” və “ağzından zibil tökülən” adlandırıb.

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri Aleksey Arestoviç prezident Volodimir Zelenskinin əsas sözçülərindən biridir.

Onun müharibə mövzusunda verdiyi müsahibələr YouTube kanalında milyonlarla tamaşaçı cəlb edir.

Ukrayna sosioloqlarının sorğularına görə Arestoviç Zelenski və Yermakdan sonra ən populyar siyasətçilərin ilk üçlüyünə daxildir.

Ötən ilin avqustunda Arestoviç növbəti Ukrayna prezidenti seçkisində namizədliyini verəcəyini istisna etmədiyini demişdi.

XS
SM
MD
LG