Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:55

Ekspert: 'Azərbaycanda çoxuşaqlı ailə 5 yox, 3 uşaqlı ailə sayılmalıdır'


Azərbaycanda 17 uşaqlı ailə necə dolanır?
Gözlə

No media source currently available

0:00 0:07:23 0:00

Azərbaycanda 17 uşaqlı ailə necə dolanır? (2023)

Azərbaycanda son illər həm uşaqların, həm də çoxuşaqlı ailələrin sayı azalır. Rəsmi məlumatlara görə, ölkədə 2023-cü ildə 14 yaşınadək uşaqların sayı 2 milyon 216 min nəfər olub. Ötən il uşaqların sayı 2022-cü il ilə müqayisədə 36 min nəfər azalıb.

Son 15 ildə isə dörd və daha çox uşaqlı ailələrin sayı 16 mindən çox azalıb. Son statistikaya görə, indi Azərbaycanda belə ailələrin sayı 110 min 470-dir.

Rusiyada, Fransada və İsveçdə

Azərbaycanda beş uşaqlı ailələr çoxuşaqlı ailələr sayılır. Lakin bir çox ölkələrdə, o cümlədən keçmiş SSRİ məkanındakı respublikalarda çoxuşaqlı ailə üç uşağı olan ailə hesab olunur. Onlardan biri Rusiyadır. Rusiyada çoxuşaqlı ailələr üçün vergi güzəştləri, ipoteka kreditinin ödənməsi üçün 450 min rubl (8 min 345 manat) verilməsi, pulsuz torpaq payın ayrılması, pul ödənişləri və digər imtiyazlar nəzərdə tutulur.

Fransada "Böyük ailə" adlanan dövlət proqramı çərçivəsində çoxuşaqlı ailələrə vergi güzəştləri və subsidiyalar təqdim olunur. Dörd uşaqlı ailələr, demək olar ki, vergi ödəmir.

İsveçdə çoxuşaqlı ailələrə müavinət verilir və uşaqların sayından asılı olaraq müavinət məbləği artır. Eyni zamanda, belə ailələrə ərzaq məhsulları üçün xüsusi talonlar verilir və dövlət çoxuşaqlı ailələrin məktəbəqədər müəssisələr üçün nəzərdə tutulmuş xərclərini özü ödəyir.

Altı uşaqlı ailə sosial yardım ala bilmir
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

Azərbaycanda...

Azərbaycanda isə beş və daha çox uşaqlı ailələr üçün hər uşağa görə aylıq 105 manat müavinət nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Turan"a bildirilib ki, son beş ildə çoxuşaqlı ailələrə verilən müavinətin məbləği 3.5 dəfə artırılaraq 105 manata çatdırılıb: "Hazırda 12 minə yaxın uşaq üçün bu sosial müavinət alan qadınların sayı 2 min 600-dən çoxdur. Eyni zamanda, hər uşağın anadan olmasına görə birdəfəlik sosial müavinətin məbləği 500 manat müəyyən edilib".

Həmçinin vurğulanıb ki, aztəminatlı ailələrdə 1 yaşadək hər uşağa görə 100 manat müavinət nəzərdə tutulub: "Bu müavinətin məbləğində son beş il ərzində 82 faiz artım olub".

Rəşad Həsənov
Rəşad Həsənov

"Problem 2060-cı ilə qədər daha ciddi xarakter alacaq"

İqtisadçı Rəşad Həsənov AzadlıqRadiosuna bildirib ki, hazırda beş və ondan artıq uşaq olan ailələrə yeganə dəstək mexanizmi hər uşağa görə aylıq 105 manat müavinət və valideynlərin pensiya yaşının 5 il azaldılmasıdır: "105 manata görə kimsə ailədə uşaqların sayını artırmaq riskini öz üzərinə götürməz... Demoqrafik vəziyyət gündən-günə pisləşir və problem 2060-cı ilə qədər daha ciddi xarakter alacaq".

Ekspert dəstəkləyici mexanizmlərin çox zəif olduğunu düşünür: "Biz referensial yanaşma əsasında uşaq sayına görə müavinətlərin ödənilməsini təklif edirik. Uşaq sayı artdıqca hər uşağa görə ödənilən müavinətin məbləğinin artması çoxuşaqlılığı təşviq etməyə hesablanmış və dünyada sınaqdan çıxmış mexanizmlərdən biridir".

R.Həsənovun fikrincə, çoxuşaqlı ailəyə yanaşma dəyişməlidir və çoxuşaqlı ailə beş uşaqlı yox, üç uşaqlı ailə sayılmalıdır: "Ukraynada hələ 2008-ci ildən "çoxuşaqlı ailə" anlayışı üç uşaqlı ailəyə münasibətdə tətbiq edilir. Bu yanaşmanı tətbiq etməklə Azərbaycanda çoxuşaqlı ailələrə münasibətdə mövcud olan müavinət mexanizminin əlçatanlığını artırmaq olar".

O hesab edir ki, əslində uşaqların müdafiə proqramları yalnız demoqrafik deyil, eyni zamanda, sosial, insan kapitalının inkişafı və sağlam həyat aspektləri nəzərə alınmaqla işlənib hazırlanmalıdır.

XS
SM
MD
LG