Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:39

Üzeyir bəy Hacıbəyli. Məzəli-məzəli işlərimiz olur


Kasıbı vә fәqiri görәndә yazığımız gәlir, deyirik ki, ah, bu nә üçün belә fәqirdir. Dövlәtlini vә haqq yol ilә bir pul qazananı görәndә acığımız tutur. Deyirik ki, bu, çibişdan üçün çalışır.

Bu bimәzә olan çibişdan sözü boşboğazlarımızın ağzından düşmәyәn bir sözdür ki, yerli-yersiz işlәtmәkdәdirlәr.

Deyirlәr ki, filankәs cibişdan üçün çalışır.

Onda bunlara demәk gәrәk ki, bәs sәn nә üçün çalışırsan? Hәrgah sәn pul qazanmaq üçün çalışmırsansa, bәs nә yeyib, nә içirsәn? Hamımız bilirik ki, bu әyyamda pulsuz adam acından ölәr. Heç kәs ona ömrü olalı müftә yerә çörәk vermәz.

İndi ki sәn pul qazananları pislәyirsәn, görünür ki, sәn özün pul qazanmırsan. İndi ki sәn pul qazanmırsan, görünür ki, sәn acından ölürsәn.

İndi ki sәn pul qazanmırsan vә acından ölmürsәn, görünür ki, sәnin ata-babadan qalma pulun vardır. Ata-babanın zәhmәti ilә qazanılmış pulu biduni-zәhmәt yeyib içib, hәlә pul qazananlara da, atan, baban da içindә, söyüş söyürsәn.

Yalandan deyirlәr ki, "Cib üçün çalışmaq lazım deyil, millәt üçün çalışmaq lazımdır". Bir adam ki, heç öz-özünü dolandıra bilmәyә, o adam millәtә qulluq edә bilәrmi?

Bir adam ki, 5-6 nәfәr külfәtini saxlaya bilmәyә, o adam bir böyük millәtin qeydinә qala bilәrmi?

Deyirlәr ki, "cibişdan üçün çalışma, millәt üçün çalış".

Bu boş vә axmaq sözdür.

İnsan gәrәk hәm özü üçün vә hәm dә ümum millәti üçün çalışsın. Әgәr sәn, әhl-әyalını ac qoyub, başqa işlәrә mәşğul olasan, o halda sәn millәtә düşmәnsәn. Çünki sәnin ac qalan әhl-әyalın da millәt üzvlәridir.

Amma oxucular elә bilmәsinlәr ki, filhәqiqәt boşboğazlar öz mәnfәәtlәrini qoyub, tәk millәt üçün qulluq edirlәr vә sairlәrini bu işә çağırırlar.

Xeyr a! O qәdәr dә bilmә!

Boşboğazlar öz ciblәrini bәrk-bәrk tutub, özgәnin cibinin hesabını çәkirlәr ki, bu nә qәdәr pul qazanır vә onun nә qәdәr prosenti elәyir.

Özü hәr mәqamda vә hәr anda xalqı haq-nahaq soyur, alladır, tovlayır, amma xalqın halal pulundan "millәtә" pay istәyir.

Bu günә axmaq adamlar millәt düşmәnidirlәr. Onların zәrәrdәn başqa heç bir xeyri ola bilmәz.

Millәtimizin onlara bir sözü ola bilәr:

"Mәra bә xeyri to ümmid nist, şәr mәrәsan!"
XS
SM
MD
LG