Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 08:00

Fərhad Əliyevin məhkəməsi zərərçəkənlərin ifadələriylə davam edir


İyunun 25-də sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» şirkətlər qrupunun keçmiş rəhbəri Rafiq Əliyevin və digər 17 nəfərin məhkəməsi zərərçəkənlərin ifadələriylə davam edib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Xanlar, Masallı və İsmayıllıdan gəlmiş 30-a yaxın zərərçəkən veteran və əlillər üçün nəzərdə tutulmuş özəlləşdirmə paylarının mənimsənilməsi epizodu üzrə dindiriliblər. Onlar bildiriblər ki, özəlləşdirmə payı üçün müraciət etdikləri banklarda onlara çek əvəzinə, köhnə məzənnə ilə 20 min manat təklif olunub.


Fərhad Əliyev isə məhkəmədən vəkili Elton Quliyevin 2004-cü ildə çek alarkən qeydiyyata götürülmüş kitabçaların müvafiq qurumlardan istənilməsiylə bağlı qaldırdığı vəsatətin təmin olunmasını xahiş edib. Amma prosesə sədrlik edən Tofiq Paşayev bildirib ki, zərərçəkənlərin dindirilməsi başa çatmayınca, vəsatətə baxıla bilməz.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» şirkətlər qrupunun keçmiş rəhbəri Rafiq Əliyev 2005-ci ilin oktyabrında həbs olunub. Onlar korrupsiya, vəzifə saxtakarlığı və rüşvət almada təqsirləndirilirlər.


XS
SM
MD
LG