Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:46

«Fərhad Əliyevin səhhəti ağırdır»


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib
Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib

«Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin səhhəti ağırdır». Bunu «Azadlıq» radiosuna onun vəkili Elton Quliyev deyib.


Vəkil bildirib ki, o, yanvarın 25-i günün birinci yarısında Əliyevlə görüşmək istəsə də, buna imkan verilməyib. Günün ikinci yarısında isə keçmiş nazirin digər vəkili İsaxan Aşurov onunla görüşə bilib.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin səhhəti bundan əvvəl də bir neçə dəfə pisləşib. Həmin vaxt o, şəxsi həkiminin təcridxanaya dəvət edilməsini tələb etsə də, bu tələb təmin edilməyib.


Elton Quliyev isə bildirir ki, onlar F.Əliyevin müayinə olunması üçün istənilən həkimin onun yanına gətirilməsini, ya da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə köçürülməsini xahiş ediblər. Ancaq vəkil bildirir ki, bundan imtina ediblər: «Fərhad Əliyevin səhhətinə süni təhlükə yaradırlar və bu, məqsədlidir».


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. O, vəzifə saxtakarlığı, dövlət əmlakını mənimsəmə və başqa iqtisadi cinayətlərdə təqsirləndirilir.


Fərhad Əliyev hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.


Məsələyə rəsmi qurumların münasibətini öyrənmək mümkün olmadı.


XS
SM
MD
LG