Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:27

Nizami Gəncəvi. Leyli və Məcnun (15)


əvvəli

ANAM RƏİSƏNİN XATİRƏSİ


Kürd qızı anam da bizi tərk etdi,
Bir ana qəlbiylə dünyadan getdi.
Nə qədər ağlayıb, yansa da ürək,
Anama dil verən varmıdır, görək?
Çəkməklə qurtarmaz bu dərdi insan,
Bu girdab dərindir insan boyundan.
Daşmışdır ələmin, qəmin kasası,
Bu qəm min nəfəsə içilər, azı.
Bu ucsuz, bucaqsız dərd ölkəsinə
Dərdi unutmaqdır bir əlac yenə.
Saqi! Şərab ver ki, mənzil uzaqdır,
Xəyalım bu yolda yorulacaqdır.
Bir şərab gətir ki, başa şur gəlsin,
Hər addım başında min baş yüksəlsin.

davamı
XS
SM
MD
LG