Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:49

Qalibaf Qafarovaya nə deyib


Antalyada görüş
Antalyada görüş

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf dünən – yanvarın 10-da deyib ki, Azərbaycanla anlaşılmazlıqlar aradan qaldırılıb və o, gələcəkdə Bakıya səfər edəcək.

Qalibaf bunu Türkiyədə Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar iclasından qayıdarkən "Mehr Abad" aeroportunda söyləyib.

IRNA agentliyinin məlumatına görə, Qalibaf yanvarın 9-da azərbaycanlı həmkarı Sahibə Qafarovaya bildirib ki, İran regiondan kənar ölkələrin müdaxiləsini rədd edir, sərhədlərdə hər hansı geosiyasi dəyişikliyi qəbul etməyəcək.

Azərbaycan, Türkiyə və İran spikerləri görüşüb

Yanvarın 9-da Antalyada Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü keçirilib. Bu barədə Azərbaycan Milli Məclisi məlumat yayıb.

Məlumata görə, görüş Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyası çərçivəsində gerçəkləşib.

"Regionda mövcud vəziyyətlə bağlı fikirlər səsləndirilib, bölgədə enerji sahəsində əməkdaşlıq, kommunikasiyaların genişləndirilməsinin əhəmiyyəti, enerji və nəqliyyat layihələrinin bölgənin ümumi inkişafında vacib rolu qeyd olunub. Vurğulanıb ki, indiki mərhələdə regionda sabitliyə xələl gətirəcək, gərginlik yaradacaq davranışlardan çəkinmək, əməkdaşlığın genişləndirilməsini təşviq edəcək addımlar atmaq zəruridir", - məlumatda bildirilir.

Ötən ilin son ayları Azərbaycan və İran arasında müəyyən gərginliklər yaşanmışdı. Bu, rəsmilərin bir-birlərinə qarşı açıqlamalarında da özün göstərirdi.

Oktyabrın 17-də İran Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə Araz çayı boyunca hərbi təlimlər keçirməsi də onun şimal qonşusunda tənqidlərə səbəb olmuşdu. Hətta Azərbaycan Milli Məclisində bəzi deputatlar bunu ölkələrinə təhdid kimi dəyərləndirdilər. İranın Azərbaycandakı səfirliyi isə bəyan etdi ki, təlimlə bağlı rəsmi Bakı əvvəlcədən məlumatlandırılıb.

Daha sonra - dekabrın 5-də Azərbaycan Türkiyə ilə birgə ölkənin bir sıra yerlərində, o cümlədən İranla sərhəddə təlim keçirdi.

XS
SM
MD
LG