Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 00:47

Azərbaycan ATƏT missiyasını qəbul etmir


Avropa İttifqının texniki qiymətləndirmə missiyası Geqarkunikdə
Avropa İttifqının texniki qiymətləndirmə missiyası Geqarkunikdə

Azərbaycan Xarici İşlər Nazirliyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Katibliyinin bu qurumun “ehtiyacların qiymətləndirilməsi missiyası” qrupunun Ermənistana göndərilməsi məsələsinə münasibət bildirib.

XİN hesab edir ki, belə bir missiya məsələsi ATƏT-in hər hansı bir kollektiv qərarverici orqanında heç zaman müzakirə olunmayıb və nəticədə bu barədə heç bir qərar qəbul edilməyib:

“Bununla da, “ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan hər hansı bir qrup ATƏT mandatına malik deyil. ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz. Onun heç bir nəticəsi və ya hesabatı ATƏT sənədi kimi qəbul edilə bilməz.”

Nazirlik hesab edir ki, Ermənistanın irəli sürdüyü bu birtərəfli təşəbbüs bir neçə iştirakçı dövlətdən olan bir qrupun şəxsi səfərindən başqa bir şey deyil və belə bir səfərin istənilən nəticəsi müvafiq olaraq qiymətləndiriləcək.

Paşinyan missiyanın 2 aylıq müddətinin uzadılmasına ehtiyac görmür

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, o Avropa İttifaqının müşahidə missiyası üçün ayrılmış iki ay müddətinin uzadılmasına zərurət olduğundan əmin deyil.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazir bu qənaətə necə gəldiyini izah etməyib.

Paşinyan oktyabrın 20-də keçirilən hökumət müşavirəsində deyib ki, bütün hallarda zərurət olarsa bu məsələyə baxıla bilər:

“Bizim ekspertlər icmasında müşahidə missiyasının müddətinin uzadılması və ya bunun daimi əsasa keçirilməsinə cəhd edilməsi barədə fikirlər səslənir. Mən buna əmin deyiləm. Əgər biz belə bir imkan və ya ehtiyac görsək, istisna etmirik ki, məsələni daha dərindən öyrənə bilərik”.

Avropa İttifaqının 40 mülki müşahidəçisi Ermənistana bu ayın sonunadək gəlməli və Azərbaycan-Ermənistan sərhədi boyunca yerləşdirilməlidir.

Texniki qiymətləndirmə üzrə Aİ missiyası Ermənistana oktyabrın 14-dən gəlib.

Ötən müddət ərzində bu qrupun üzvləri Ermənistanın sərhədyanı bölgələrinə baş çəkiblər. Onlar müşahidəçilərin harada yerləşdiriləcəyini müəyyən etməlidirlər.

Müharibədə həlak olanların ailələri yetərincə diqqət görürmü?
Gözlə

No media source currently available

0:00 0:07:09 0:00

Ermənistandan deyilənlər

Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan isə oktyabrın 18-də bildirmişdi ki, Avropa İttifaqının müşahidəçi missiyasından başqa Ermənistan-Azərbaycan sərhədi boyunca ATƏT-in müşahidəçiləri də yerləşdirilə bilər.

Habelə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müşahidəçilərinin də sərhəddə yerləşdirilməsi istiqamətində müzakirə apardığı qeyd edilmişdi.

Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı (Aİ) Prezidenti Şarl Mişelin dördtərəfli görüşü olmuşdu.

Yelisey sarayının həmin görüşdən sonra yaydığı bəyanatda qeyd edilib ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır:

“Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb.”

Azərbaycan rəsmiləri hesab edirlər ki, Qarabağ münaqişəsi başa çatıb və ATƏT-in Minsk qrupunun vasitəçiliyinə ehtiyac yoxdur.Amma Ermənistan tərəfi bununla razı deyil.

Keçmiş erməni əsgərlər müharibənin acılarından danışırlar
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG