Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:40

Azərbaycanın adı rəsmi siyahıda yoxdur


Azərbaycan Prezidenti İlham Əliyev və Co Bayden, arxiv fotosu
Azərbaycan Prezidenti İlham Əliyev və Co Bayden, arxiv fotosu

ABŞ Prezidenti Co Bayden dekabrda keçiriləcək virtual Demokratiya Sammitinə 110-a yaxın ölkəni dəvət edib.

Sammitə əsasən Birləşmiş Ştatların Qərb müttəfiqləri dəvət olunub. Noyabrın 23-də Dövlət Departamentinin vebsaytında dərc olunmuş siyahıda Çin və Rusiyanın adları yoxdur.

Dəvət olunanlar və olunmayanlar

Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Monteneqro, Şimali Makedoniya, Pakistan, Rumıniya, Serbiya və Ukrayna tədbirə dəvət alıblar.

Orta Asiyanın heç bir ölkəsi, eləcə də Azərbaycan, Bosniya-Herseqovina, Macarıstan siyahıda yer almayıb.

Demokratiya Sammiti dekabrın 9-10-da virtual keçiriləcək, hökumət, vətəndaş cəmiyyəti və özəl sektor liderləri bir araya gələcəklər.

“Sammitdə demokratiyaların üzləşdiyi problemlər və fürsətlər müzakirə olunacaq, liderlərin öz ölkələrində və xaricdə demokratiya və insan haqlarının müdafiə üçün həm individual, həm də kollektiv öhdəlikləri, islahatları və təşəbbüslərindən ötrü platformaya çevriləcək”, – Dövlət Departamenti bildirir.

“Bu öhdəliklərə avtoritarizmin sıxışdırılması, korrupsiya ilə mübarizə, insan haqlarına sayğının təbliği üzrə yerli və beynəlxalq təşəbbüslər daxildir”, – məlumatda deyilir.

Azərbaycanda medianın yanaşması

Bir müddət öncə “Politico” nəşrinə sızdırılmış siyahıda da Azərbaycanın, eləcə də Türkiyənin adı yox idi.

Hakimiyyət təmsilçiləri ölkənin bu tədbirə dəvət almamasına rəsmi münasibət açıqlamayıblar. Amma hakimiyyətyönlü mediada dərc olunan şərhlərdə bu addım tənqid edilir, sammitə dəvət olunmuş digər liderlərin öz ölkələrində dini ayrıseçkilik siyasəti yürütdüyü, insan hüquqlarını tapdaladığı vurğulanır.

Azərbaycan beynəlxalq insan haqları təşkilatlarının reytinqlərində insan haqlarının durumuna görə azad olmayan ölkə kateqoriyasına salınır. Hakimiyyət təmsilçiləri isə bu yanaşmanı qərəzli hesab edir.

XS
SM
MD
LG